Dekorativ tətbiqi sənət ixtisası üzrə rəngkarlıq imtahanı keçirilib
Bakı, 7 iyul, AZƏRTAC
İyulun 7-də 167 saylı tam orta məktəbdə təsviri sənət istiqamətinə aid 15-ci komissiya üzrə rəsm fənnindən müsbət qiymət almış abituriyentlər rəngkarlıq fənni üzrə qabiliyyət imtahanında iştirak ediblər.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahan iştirakçıları A2 formatlı kağız üzərində sulu boya ilə məişət əşyalarından ibarət naturadan natürmort çəkiblər.