“Dəniz kuboku” müsabiqəsinin planlaşdırılması üzrə işçi görüşü keçirilib
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində Azərbaycanın ərazi sularında keçiriləcək “Dəniz kuboku” müsabiqəsinin yüksək səviyyədə təşkili məqsədilə iştirakçı ölkə orduları nümayəndələrinin işçi görüşü təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan, Rusiya və İran nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müsabiqənin əhəmiyyəti vurğulanıb, hazırlıqla bağlı planlaşdırılan məsələlər və görüləcək işlər müzakirə edilib.
Sonda yekun protokol imzalanıb.