SİYASƏT
Deputat: Azərbaycan öz soydaşlarının taleyi üçün narahatdır
Bakı, 6 dekabr, AZƏRTAC
Yeni dövr başlayıb və biz tarixdən dərs götürməliyik.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa dekabrın 6-da Cənubi Azərbaycanın milli fəalı, “GünazTV”nin qurucusu, siyasi mühacir Əhməd Obalı ilə keçirilən görüşdə bildirib.
Bu gün İran elitasının əsasını azərbaycanlıların təşkil etdiyini qeyd edən Milli Məclisin deputatı Cənubi Azərbaycan cəmiyyətinin maarifləndirilməsi məsələsinə toxunub.
F.Mustafa qeyd edib ki, qarşıya qoyulan məqsədə çatmaq üçün müəyyən mərhələdən keçmək, cəhalətə, savadsızlığa qalib gəlmək lazımdır. Vurğulanıb ki, Azərbaycan ədalət kontekstində mübarizə aparan ölkədir və öz soydaşlarının taleyi üçün narahatdır.