Dərman vasitələri və siqaretlərin gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısı alınıb
Bakı, 26 avqust, AZƏRTAC
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman vasitələri və siqaretlərin gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, DGK-nın baş idarəsinin əməliyyat və təhqiqat idarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında İstanbul–Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl və baqaj yüklərinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı həmin şəxsə məxsus baqaj çantasından gömrük orqanlarına bəyan edilməyən 5 adda 780 ədəd dərman vasitəsi, 1200 ədəd siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]