“Digitalart-lab” layihəsi çərçivəsində növbəti ustad dərsi keçirilib
Bakı, 15 mart, AZƏRTAC
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Digitalart-lab” layihəsi çərçivəsində vizual effektlər üzrə rəssam Hacı Qədirovun ustad dərsi keçirilib.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, ustad dərsi rəqəmsal incəsənətin yeni sahəsi kimi film və oyun sənayesində istifadə edilən vizual effektlərin tətbiqini, habelə bu sahədə olan müasir alətlər və metodları göstərmək məqsədilə reallaşıb.
Qeyd edək ki, Kanadada yaşayan rəssam Hacı Qədirov “Justice League”, “Underwater”, “Godzilla King of Monsters”, “Aquaman”, “X-Men”, “Dark Phoenix” və digər xarici filmlərdə “FX artist” kimi çalışıb.
Ustad dərsi “Zoom” proqramı vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:07]
Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək
- 07.10.2026 [16:27]
İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir
- 07.10.2026 [15:34]
Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub
- 07.10.2026 [14:48]