“DigiTips“ şirkətinin təsisçisi: Sosial şəbəkə hesablarında aktiv olmalıyıq
Şuşa, 23 iyul, H.Əhmədov, G.Nəzərova, AZƏRTAC
Biz auditoriyanı mütləq nəzərə almalıyıq. Yalnız bir platforma bizim üçün kifayət deyil. Biz tviter, tiktok və sair sosial şəbəkə hesablarının hamısında aktiv olmalıyıq.
AZƏRTAC xəbər verir ki, bunu “DigiTips“ şirkətinin təsisçisi və baş icraçı direktoru Matthias Lüfkens Şuşa Qlobal Media Forumu çərçivəsində təşkil olunan “Mediada investisiya və istehlak tendensiyaları” adlı sessiyada dezinformasiya və feyk xəbərlərlə mübarizə üsullarının müzakirəsi zamanı deyib.
“Davos illik görüşündə xəbərlərlə bağlı bildirmişdim ki, yutub platformasında yerləşək. Mənə dedilər ki, xeyr, o platformanı uşaqlar izləyir. Daha sonra tiktoku təqdim etdilər ki, orada daha aktiv ola bilərik. Demək istədiyim odur ki, auditoriya nəyi necə istəyirsə, biz o istiqamətdə hərəkət etməliyik”, - deyə Matthias Lüfkens vurğulayıb.