Dillər Universitetində Çinin “Təmiz aləm bayramı” qeyd olunub
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çinin ənənəvi “Təmiz aləm bayramı” (“Tsinmin”) qeyd olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov baharın gəlişini və həlak olmuş qəhrəmanların xatirəsini simvolizə edən bayramın tarixi haqqında danışıb.
Çin dili müəllimi Cavida Əliyeva bayramın ənənələri, ifa və rəqsləri, idman yarışları, ilanvari kağız uçurmalarının müşayiəti altında şəhərkənarı gəzintilər və yazda torpaq işlərinin aparılması barədə məlumat verib. Tədbirdə çıxış edənlər bu bayramın çinlilər üçün əcdadlara hörmət ifadə etdiyini və nəsillər arasında əlaqə yaratmağa dəstək olduğunu bildiriblər.
Çinlilərin bu bayramı ölkənin müxtəlif regionlarının təamları olan - “Tsinmin” meyvələri, qara düyü, qovurulmuş xəmir filetləri, yaşıl düyü topları və türk xalqlarında məşhur “mantı” kimi tanınan və Çində buxarda bişirilən “baozi” kökələrindən ibarət ailəvi nahar süfrəsi ətrafında qeyd etdikləri haqqında da məlumat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]
ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub
- 10.06.2026 [17:02]