DİM rəhbəri: Hansı testin neçə faiz cavablandırılmalı olduğunu əvvəlcədən bilirik
Bakı, 14 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin apardığı işlər çox ciddi şəkildə həyata keçirilir və bu fəaliyyətin təməli 1994-cü ildən qoyulub.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib. O bildirib ki, görülən işlərin nəticələri heç bir şəxsin iradəsindən asılı deyil.
“Bu prosesdə insan faktorunu tamamilə aradan qaldırmışıq. Proseslərə hətta mənim özümün belə müdaxilə etməyim qeyri-mümkündür”, – deyə DİM rəhbəri əlavə edib.
Məleykə Abbaszadə vurğulayıb ki, hər bir testin “şəxsiyyət vəsiqəsi” var: “Hansı testin neçə faiz cavablandırılmalı olduğunu əvvəlcədən bilirik. Məsələn, bir testə 70 faiz doğru cavab verilməlidir, digəri isə daha çətin olduğuna görə yalnız 25 faiz doğru cavablandırılmalıdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:34]
ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb
- 30.09.2026 [14:13]
BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur
- 30.09.2026 [13:17]