Direktor və direktor müavinlərinin sertifikatlaşdırılması nəzərdə tutulmur
Bakı, 5 iyul, AZƏRTAC
Hazırda direktor və direktor müavinlərinin sertifikatlaşdırılması nəzərdə tutulmur.
AZƏRTAC xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov Təhsil TV-də deyib. O bildirib ki, prioritet olan məsələ 140 minə yaxın müəllimin sertifikatlaşdırma prosesinə cəlb edilməsidir. Yalnız bundan sonra bu məsələyə baxmaq olar.
“Ötən ay ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikatlaşdırılması prosesi baş tutdu. Yaşı 60-a qədər olan müəllimlər prosesdə iştirak etdilər. Sertifikatlaşdırma davamlı prosesdir və növbəti illərdə də keçirilməsi nəzərdə tutulur. 60 yaşdan yuxarı müəllimlərin sertifikatlaşdırma prosesində iştirakı qanunvericiliyə uyğun təşkil ediləcək”, - deyə Eşqi Bağırov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]