Direktorların işə qəbulu müsabiqəsinin esse mərhələsi üzrə apellyasiya müraciətləri davam edir
Bakı, 5 avqust, AZƏRTAC
Şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin esse mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbulu davam edir.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, uğur qazanmayan namizədlər https://portal.edu.az/ səhifəsində qeydiyyatdan keçərək esse mərhələsi üzrə apellyasiya müraciəti edə bilərlər.
Müraciətlərin qəbulu avqustun 7-si saat 11:00-da başa çatacaq.
Xatırladaq ki, direktorların işə qəbulu müsabiqəsinin esse mərhələsində 50 faiz və daha yuxarı nəticə göstərən 274 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:13]
Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub
- 11.06.2026 [16:30]
Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb
- 11.06.2026 [16:23]
Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları
- 11.06.2026 [15:51]
BMU-da Milli Qurtuluş Günü qeyd olunub
- 11.06.2026 [15:37]