Distant təhsilin təşkili ilə bağlı metodik vəsait hazırlanıb
Bakı, 9 sentyabr, AZƏRTAC
Təhsil İnstitutu “Ali və orta ixtisas təhsili müəssisələrinin pedaqoji heyəti üçün distant təhsilin təşkili” adlı metodik vəsait hazırlayıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, metodik vəsaitin hazırlanmasında əsas məqsəd ali və orta ixtisas təhsili müəssisələrində çalışan pedaqoji heyətə öz fənlərini və yeni məzmunu gələcəkdə tədris etmələri üçün yol göstərmək və tövsiyələr verməkdir. Vəsait müəllimlərin hazırlıq səviyyələri, yəni onların distant təhsildə rolları, öhdəlikləri, sahib olmalı olduqları bacarıqları özündə əks etdirir. Kitab, həmçinin distant təhsil zamanı fənnin dizayn edilməsi, təhsilalanların fərdi ehtiyaclarının müəyyən olunması, qiymətləndirmənin aparılması, təhsilalanlarla kommunikasiyanın qurulması və s. kimi məsələlərdə müəllimlərə yol göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
- 05.06.2026 [17:17]
100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı
- 05.06.2026 [16:14]