Dizel yanacağının istehsalı 9,2 faiz artıb
Bakı, 17 iyun, AZƏRTAC
Yanvar-may aylarında Azərbaycanda 1 milyon 16,6 min ton dizel yanacağı, 478,7 min ton avtomobil benzini, 176,7 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 189,5 min ton ağ neft, 24,4 min ton yanacaq mazutu, 20,5 min ton sürtkü yağları, 92,2 min ton neft bitumu və 110,5 min ton neft koksu istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 5 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 603,6 milyon manat olmaqla ötən ilin eyni ayları ilə müqayisədə 3 faiz artıb.
Sürtkü yağlarının istehsalı 79,8 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 34,3 faiz, neft koksunun istehsalı 16,1 faiz, dizel yanacağının istehsalı 9,2 faiz artıb.
Avtomobil benzininin istehsalı 5,4 faiz, neft bitumunun istehsalı 7,7 faiz, ağ neftin istehsalı 13,8 faiz, yanacaq mazutunun istehsalı isə 36,6 faiz azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]