Dneprdə yaşayış binası raketlə vuruldu
Kiyev, 14 yanvar, AZƏRTAC
Ukraynada yanvarın 14-də raket atışması zamanı Rusiya hərbçiləri Dneprdə yaşayış binasını vurublar. Dinc sakinlər dağıntılar altında qalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirill Timoşenko teleqram səhifəsində yazıb.
“Sadəcə, vəhşilikdir, binanın ən azı bir bloku yoxdur, dağıntılar altında istirahət günü evində olan insanlar var", - deyə Timoşenko yazır.
Fövqəladə Hallar Dövlət Xidməti və digər şəhər xidmətləri artıq zərbə yerində işləyirlər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev