Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dohada Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası keçirilib

Bakı, 25 noyabr, AZƏRTAC

Noyabrın 24-25-də Qətərin paytaxtı Doha şəhərində Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 4-cü iclası və bu çərçivədə Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası keçirilib. Tədbirlərdə iştirak etmək üçün Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Qətər Dövlətinə səfər edib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib.

Noyabrın 24-də nazir Kəmaləddin Heydərov Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşüb. Görüşdə Prezident İlham Əliyevin və Qətər Dövlətinin Əmiri zati-aliləri Şeyx Təmim bin Həməd Al Taninin müdrik, ardıcıl və uzaqgörən siyasəti nəticəsində iki ölkə arasında çoxşaxəli əlaqələrin daim genişləndiyi vurğulanıb, əməkdaşlığın bir çox istiqamətlər üzrə, o cümlədən iqtisadi-ticari müstəvidə inkişafı üçün geniş potensialın mövcud olduğu qeyd edilib, fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nazir Kəmaləddin Heydərov Birgə Komissiyanın Qətər tərəfindən həmsədri, Qətər Dövlətinin Xarici Ticarət Məsələləri üzrə dövlət naziri Əhməd bin Muhəmməd Əl-Seyyid ilə görüşüb.

Görüşdə iki ölkə arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb, Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 4-cü iclasına hazırlıq çərçivəsində görülən işlər və Komissiya qarşısında duran məsələlər geniş müzakirə edilib.

Sonra nazir Kəmaləddin Heydərov Qətər Dövlətinin daxili işlər naziri Şeyx Xəlifə bin Həməd bin Xəlifə Al Tani ilə görüşüb.

Görüşdə iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, əməkdaşlıq üçün hüquqi baza rolunu oynayan və 2014-cü ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” üzrə görülən tədbirlər, o cümlədən 2023-cü ildə Qətərdən olan bir qrup zabit heyətinin Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında aldığı yüksək təhsil qeyd olunub, bu sahədə atılacaq növbəti addımlar nəzərdən keçirilib.

Noyabrın 24-də Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Qətərin Xarici Ticarət Məsələləri üzrə dövlət naziri Əhməd bin Muhəmməd Əl-Seyyid Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 4-cü iclası çərçivəsində keçirilən Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclasında iştirak ediblər.

Tədbirdə çıxış edən K.Heydərov iki ölkə arasında qarşılıqlı etimada söykənən siyasi əlaqələrin iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkan yaratdığını qeyd edib, bu kontekstdə Azərbaycan-Qətər Birgə Biznes Şurasının mühüm dialoq platforması rolunu oynadığını bildirib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, investisiya həcminin genişləndirilməsi və yeni iqtisadi layihələrin həyata keçirilməsi üçün əhəmiyyətli potensialın mövcud olduğunu bildirən nazir sənaye və logistika infrastrukturu, kənd təsərrüfatı məhsullarının emalı, ərzaq təhlükəsizliyi, yaşıl enerji, innovativ texnologiyalar və digər sahələr üzrə əməkdaşlığın prioritet istiqamətlər kimi ön plana çıxdığını vurğulayıb. Azərbaycanda xarici sərmayədarlar üçün mövcud əlverişli biznes və investisiya mühitinin Qətər şirkətləri üçün geniş imkanlar açdığını, xüsusən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa və infrastruktur layihələri, turizm klasterlərinin formalaşdırılması və kənd təsərrüfatı sahəsində investisiya imkanlarının böyük perspektivlər vəd etdiyini qeyd edib, şuranın keçirilən iclasının iqtisadi əlaqələrin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

İclasda çıxış edən Əhməd bin Muhəmməd Əl-Seyyid Azərbaycan və Qətər arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, bu istiqamətdə məqsədyönlü tədbirlər görüldüyünü, keçirilən iclasın iqtisadi-ticari münasibətlərin inkişafına müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Qətər Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilən, rəsmilər və hər iki ölkədən 50-yə yaxın iş adamının iştirak etdiyi iclasda gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Noyabrın 25-də Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 4-cü iclası öz işinə başlayıb.

İclasda çıxış edən Komissiyanın Azərbaycan tərəfindən həmsədri K.Heydərov səfər zamanı göstərilən qonaqpərvərliyə görə Qətər tərəfinə təşəkkür edib. Nazir Azərbaycan-Qətər münasibətlərinin iki ölkə liderlərinin siyasi iradəsi və qarşılıqlı hörmətə əsaslanan yanaşması sayəsində davamlı inkişaf etdiyini, əməkdaşlığın həm siyasi sahədə, həm də iqtisadi və humanitar müstəvilərdə özünü göstərdiyini bildirib. Bu çərçivədə Birgə Komissiyanın hazırkı iclasının ölkələrimiz arasında iqtisadi-ticari və digər sahələr üzrə əlaqələrin daha da genişlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Komissiyanın 3-cü iclasdan ötən dövr ərzində fəaliyyətindən danışan nazir K.Heydərov vurğulayıb ki, bu müddət ərzində sənaye, kənd təsərrüfatı, logistika, xidmət və digər sahələrdə qarşılıqlı maraqların müəyyənləşdirilməsi və bu istiqamətlər üzrə aparılan müzakirələr praktiki əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait yaradıb. 2022-ci ildən başlayaraq Qətərdə Azərbaycan Ticarət Evinin fəaliyyət göstərməsi, işgüzar dairələr arasında əlaqələrin daha sıx qurulması və sahibkarlıq subyektlərinin birbaşa təmasları iqtisadi-ticari əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş potensialın mövcudluğundan xəbər verir. Bu xüsusda, 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Ələt Azad İqtisadi Zonasının təqdim etdiyi imkanlardan danışan nazir, həmçinin qeyri-neft sektoru, turizm, aqrar məhsulların emalı, şəhərsalma, infrastruktur və digər sahələr üzrə aparılan müzakirələrin əməkdaşlıq üçün yeni perspektivlər vəd etdiyini vurğulayıb.

İclasda çıxış edən Komissiyanın Qətər tərəfindən həmsədri Əhməd bin Muhəmməd Əl-Seyyid ölkələrimiz arasında inkişaf edən əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edib, iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb və Birgə Komissiyanın fəaliyyətindən danışıb.

İclasda Komissiya üzvlərinin fikir və təklifləri dinlənilib, müzakirələr aparılıb.

İclasın yekununda “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 4-cü iclasının Protokolu” imzalanıb. Protokolu Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Qətər Dövlətinin Xarici Ticarət Məsələləri üzrə dövlət naziri Əhməd bin Muhəmməd Əl-Seyyid imzalayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub