Dominikanda üçgünlük matəm elan olunub
Bakı, 20 noyabr, AZƏRTAC
Dominikan Respublikasının Prezidenti Luis Abinader ötən həftə sonu yağan güclü yağışlar nəticəsində həlak olanlar üçün üçgünlük matəm elan edib.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, ölkə boyu hərbi obyektlərdə və dövlət qurumlarında dövlət bayraqları yarıya qədər endiriləcək.
“Hava hadisəsi nəticəsində insan tələfatı ilə əlaqədar noyabrın 20-dən 22-dək Dominikan Respublikasında üçgünlük rəsmi matəm elan edilib”, - deyə Karib hövzəsi ölkəsinin hökumətinin saytında məlumat verilib.
Son rəsmi məlumatlara görə, Dominikan Respublikasında leysan yağışlar və daşqınlar nəticəsində 21 nəfər ölüb. 29 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib, 8 minə yaxın insan təxliyə edilib. Elektrik enerjisinin kəsilməsi istifadəçilərin 37 faizinə təsir edib və Dominikan Respublikasının 1,8 milyon sakininin içməli suya çıxışı müvəqqəti olaraq məhdudlaşdırılıb. Kommunal xidmətlər infrastrukturun təmizlənməsi və bərpası üzərində işləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:31]
Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır
- 05.10.2026 [16:14]
Qazaxıstanda cinayətlərin sayı azalıb
- 05.10.2026 [16:07]
Şotlandiyada şəxsi ada 350 min funt-sterlinqə satışa çıxarılıb
- 05.10.2026 [15:51]
Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib
- 05.10.2026 [15:32]
Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur
- 05.10.2026 [15:16]
Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir
- 05.10.2026 [15:06]