Azərbaycan Dövlət İnformasiya Agentliyi

Domodedovoda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb

Moskva, 12 dekabr, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının növbəti ildönümü ərəfəsində Domodedovoda, Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Moskva vilayət nümayəndəliyinin binasında “Heydər Əliyev Rusiyanın böyük dostudur” mövzusunda konfrans keçirilib. Konfransın təşəbbüsçüləri və təşkilatçıları ÜAK-ın Moskva vilayət nümayəndəliyinin rəhbəri Əlizaman Rəhimov və qurumun icraçı direktoru Araz Mürsəliyevdir.

Ulu öndəri şəxsən tanıyan Rusiyanın görkəmli dövlət və ictimai xadimləri, Azərbaycanın RF-dəki səfirliyinin, Domodedovo Şəhər İnzibati Dairəsi rəhbərliyinin nümayəndələri, Moskva Vilayət Sovetinin və Domodedovo Şəhər İnzibati Dairəsinin Deputatlar Sovetinin deputatları, Ümumrusiya Azərbaycanlılar Konqresinin fəalları dünya miqyaslı siyasi xadim və böyük insan haqqında xatirələrini bölüşüblər.

Domodedovo Şəhər İnzibati Dairəsinin Deputatlar Sovetinin deputatı, Rusiyanın qocaman inşaatçısı, ÜAK-ın Moskva vilayət nümayəndəliyinin rəhbəri Əlizaman Rəhimov bildirib ki, Heydər Əliyev SSRİ Nazirlər Sovetinin sədrinin müavini vəzifəsində işləyəndə Sovet İttifaqının Ulyanovsk, Həştərxan, Voloqda, Taqanrok kimi şəhərlərində bir çox irimiqyaslı layihələrin təşəbbüskarı və kuratoru olub. Buryatiya Respublikasında həyata keçirilmiş dövlət layihələrinin bir çoxu Heydər Əliyevin adı ilə bağlıdır.

Əlizaman Rəhimov deyib: “Məsələn, Ulyanovskda iri körpünün inşası ilə bağlı ideyanın həm tərəfdarları, həm əleyhdarları olub. Bu məsələ SSRİ rəhbərliyində müzakirə olunanda Heydər Əliyev tərəfindən dəstəklənib. Həmin körpü sayəsində bu gün Ulyanovsk Avropa ilə Asiya arasında nəqliyyat qovşağına çevrilib. Bu da həmin regiona çoxlu investisiyaların yatırılmasına şərait yaradıb”. Ümummilli Liderin Rusiyanın və bütün Sovet İttifaqının qarşısında xidmətlərinə toxunan Ə.Rəhimov nəhəng tikinti meydanı olan BAM-ı xatırladaraq bildirib ki, onun böyük hissəsi Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə həyata keçirilib.

Giriş nitqindən sonra Rusiyanın görkəmli dövlət xadimlərinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyəti haqqında müsahibələri əsasında hazırlanan videoçarx nümayiş etdirilib.

Domodedovo Şəhər İnzibati Dairəsi administrasiyasının başçısı Dmitri Qorodetski bildirib ki, Heydər Əliyevin böyük idarəçilik potensialı və dövlət quruculuğu sahəsində misilsiz təcrübəsi olub. O deyib: “Biz bir vaxtlar ümumi olan vətənimizin hərtərəfli inkişafına böyük töhfə vermiş bu böyük insanın xatirəsini azərbaycanlılar ilə birlikdə anmağımızı çox yüksək qiymətləndiririk. Sevindirici haldır ki, Rusiyanın tamhüquqlu vətəndaşları olan, şəhərimizin sosial-iqtisadi həyatının müxtəlif sahələrində çalışan azərbaycanlılar öz qurucu əməkləri ilə onun müəyyən etdiyi səviyyəni bu gün saxlayırlar. Biz Rusiyada böyük məmnunluq hissi ilə belə bir faktı təsdiq edirik ki, Heydər Əliyevin fəaliyyəti, onun sarsılmaz kursu gündən-günə çiçəklənən Azərbaycanın indiki rəhbərliyi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov diqqəti Rusiyada yaşayan azərbaycanlıların birləşməsində ümummilli lider Heydər Əliyevin müstəsna rolu üzərində cəmləşdirib. Heydər Əliyevi Azərbaycan xalqının birliyinin əsas ideoloqu və müasir Azərbaycan dövlətinin banisi adlandıran Q.Osmanov xatırladıb ki, Ümummilli Lider səfərləri zamanı iş cədvəlinin gərgin olmasına baxmayaraq müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar ilə görüşmək, onların ehtiyaclarını və arzularını öyrənmək üçün həmişə vaxt tapıb. Q.Osmanovun fikrincə, Rusiya azərbaycanlılarının, eləcə də bütün dünya azərbaycanlılarının birləşməsində Heydər Əliyevin rolunu qiymətləndirmək çətindir. Q.Osmanovun sözlərinə görə, ötən əsrin 60-70-ci illərində Heydər Əliyev hər il yüzlərlə azərbaycanlını Rusiyanın və keçmiş sovet respublikalarının şəhərlərinə oxumağa göndərirdi. Hazırda onlar öz qurucu əməkləri ilə Azərbaycanın müsbət imicini formalaşdırır, Azərbaycan-Rusiya münasibətlərinin daha da möhkəmlənməsinə və inkişafına sanballı töhfə verirlər. Çıxışının sonunda Q.Osmanov bu son dərəcə əhəmiyyətli tədbirin təşkilinə görə Əlizaman Rəhimova və Araz Mürsəliyevə təşəkkür edib.

Rusiya azərbaycanlılarının təşkilatlanmasında Heydər Əliyevin roluna dəqiq qiymət gecənin təşkilatçısı, ÜAK-ın Moskva vilayət nümayəndəliyinin icraçı direktoru Araz Mürsəliyevin dilindən səslənib. O deyib: “Hamıya məlumdur ki, Ümumrusiya Azərbaycanlılar Konqresinin banisi Heydər Əliyev olub. 2000-ci ildə onun təşəbbüsü ilə Rusiyanın hər yerindən görkəmli həmvətənlərimiz onun ətrafına toplaşaraq, bu ölkənin 80-dən çox subyektini əhatə edən, Ümumrusiya Azərbaycanlılar Konqresi adlanan monolit diaspor strukturu yaradıblar. ÜAK 14 illik tarixi ərzində xalq diplomatiyasının parlaq örnəyi olub, Rusiya-Azərbaycan münasibətlərinin əhəmiyyətli amilinə çevrilib. A.Mürsəliyev əlavə edib ki, “Heydər Əliyev Azərbaycanın rus icmasının birləşməsini də dəstəkləyib və bu qurumun fəaliyyətinə diqqət yetirib”.

SSRİ Nazirlər Soveti sədrlərinin çoxunun köməkçisi olmuş İqor Prostyakov çıxışında deyib ki, Heydər Əliyev kimi şəxsiyyətlər min ildə bir dəfə dünyaya gəlir.

ÜAK-ın icraçı direktoru İlqar Hacıyev çıxışında Rusiyanın birləşmiş Azərbaycan diasporunun yaradılmasında, xüsusən Azərbaycan-Rusiya münasibətlərinin prioritet inkişafında Ulu Öndərin müstəsna rolunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan ilə Rusiya arasında dostluq körpüsü rolu oynayan vahid Azərbaycan təşkilatının əsasını qoyan Heydər Əliyev bununla hazırda azərbaycanlıların Ümumrusiya Azərbaycanlılar Konqresi kimi federal miqyaslı təşkilatının fəaliyyətində təcəssüm olunan tarixi təşəbbüsün müəllifi olub.

General-polkovnik, keçmişdə 35-ci ordunun komandanı olmuş İvan Morozov, Böyük Vətən müharibəsi veteranı İvan Nikonov, sovet illərində Azərbaycan daxili işlər nazirinin müavini işləmiş Vladislav Şevtsov, Heydər Əliyevin silahdaşları, ictimaiyyətin nümayəndələri də böyük dövlət və siyasi xadim Heydər Əliyevin şəxsiyyətinin miqyası barədə xatirələrini bölüşüblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib