Donald Tramp özünü üçüncü dünya müharibəsinin qarşısını ala biləcək yeganə şəxs adlandırıb
Bakı, 8 iyul, AZƏRTAC
ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünü üçüncü dünya müharibəsinin qarşısını ala biləcək yeganə şəxs adlandırıb.
AZƏRTAC xəbər verir ki, cümə günü Ayova ştatında tərəfdarları qarşısında keçirilən mitinqdə Tramp deyib: “Bu vədi verə biləcək yeganə namizəd mənəm. Mən üçüncü dünya müharibəsinin qarşısını alacağam. Biz artıq üçüncü dünya müharibəsinə doğru gedirik”.
Donald Tramp, həmçinin bir daha bəyan edib ki, 2024-cü ildə keçiriləcək prezident seçkilərində qalib gəlsə, Ukraynadakı müharibəyə 24 saat ərzində son qoyacaq. "Hər kəs maraqlanır ki, mən bunu edə bilərəmmi. Təbii ki, bacararam”, - o deyib.
Qeyd edək ki, Donald Tramp ictimai çıxışlarında dəfələrlə 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələrsə, Ukraynadakı vəziyyəti bir gündə həll edə biləcəyini bildirib. Lakin sülhə necə nail olacağına dair fikirlərini açıqlamayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]