Dörd fərdi sahibkar Yevlax Pilot Aqroparkın rezidenti olub
Bakı, 5 iyul, AZƏRTAC
Yevlax Pilot Aqroparkında fərdi sahibkarlar Tural Əfəndiyev, Fəriyaz Rüstəmov, Mehti Ağagülov və İlham Lələyevə rezident statusu verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, rezidentlər tərəfindən 77,8 hektar sahədə investisiya həcmi 727 min manat olan intensiv meyvə bağları salınacaq, 20 nəfər daimi, 75 nəfər isə mövsümi işlə təmin ediləcək.