DOST mərkəzlərində 192 min vətəndaşa xidmət göstərilib
“142” Çağrı mərkəzi tərəfindən 403 min vətəndaş müraciəti cavablandırılıb
Bakı, 6 aprel, AZƏRTAC
Bu ilin birinci rübündə DOST mərkəzlərində 192 min vətəndaşa xidmət göstərilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 2019-cu ilin may ayından ölkəmizdə 7 DOST mərkəzi açılıb və həmin mərkəzlərdə 159 sosial xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.
Ümumilikdə ötən dövrdə DOST mərkəzlərində 2,2 milyon vətəndaşa xidmət göstərilib. DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,2 faiz təşkil edib.
Yanvar-mart aylarında “142” Çağrı mərkəzi tərəfindən isə 403 min vətəndaş müraciəti cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:42]
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
- 15.10.2026 [18:13]
Autizmli gənclər iş təcrübələrini bölüşüblər
- 15.10.2026 [17:24]