DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi beynəlxalq müsabiqənin mükafatına layiq görülüb
Bakı, 3 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) ABŞ-da keçirilən “2024 Stevie®️ Awards for Technology Excellence” müsabiqəsində növbəti uğura imza atıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, mərkəzin sosial sahədə xidmətlərin rəqəmsallaşdırılması istiqamətində gördüyü işlər və əldə etdiyi nailiyyətlər münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Beləliklə, DOST RİM 20-dən çox ölkədən 600-dən artıq layihənin təqdim edildiyi müsabiqədə “Dövlət Texnologiyaları” kateqoriyası üzrə “İlin Texnologiya Komandası” mükafatına layiq görülüb və müsabiqənin saytındakı qaliblər siyahısında yer alıb (https://stevies-tech.secure-platform.com/site/page/the-awards/2024-stevie-winners)
Qeyd edək ki, “Stevie®️ Awards” müsabiqəsi 2002-ci ildə təsis edilib və texnologiya sahəsində yüksək standartları, mükəmməlliyi təşviq etmək və texnologiyanın gələcəyini formalaşdıran fərdləri, komandaları və qurumları üzə çıxararaq beynəlxalq səviyyədə tanıtmaq məqsədi daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:30]
Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir
- 14.10.2026 [12:20]
Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
- 14.10.2026 [12:15]
Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm
- 14.10.2026 [12:03]
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib
- 14.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 14.10.2026 [11:13]