Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÖVLƏT BAŞÇILARININ MƏTBUAT ÜÇÜN BƏYANATLARI

DÖVLƏT BAŞÇILARININ MƏTBUAT ÜÇÜN BƏYANATLARI

Bakı, 2 iyul (AZƏRTAC). İyulun 2-də Polşa Prezidentinin təltif etmə mərasimi başa çatdıqdan sonra prezidentlər İlham Əliyev və Lex Kaçinski mətbuat üçün bəyanatlarla çıxış etmişlər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək dedi:

-Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Əziz dostlar!

İlk növbədə, cənab Prezident, Sizi və nümayəndə heyətinizi

Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Bu, Sizin Azərbaycana son üç il ərzində etdiyiniz beşinci səfərdir. Bu, özlüyündə gözəl göstəricidir. Bu onu göstərir ki, bizim aramızda əlaqələr çox yüksək səviyyədədir, çox intensiv xarakter daşıyır. Nəzərə alsaq ki, mən də öz prezidentlik dövrümdə Polşaya beş dəfə səfər etmişəm, yəqin ki, əlavə şərhə ehtiyac yoxdur. Doğrudan da Polşa-Azərbaycan münasibətləri son illər ərzində ən yüksək səviyyəyə qalxmışdır.

Bizim çox güclü siyasi əlaqələrimiz var, iqtisadi sahədə yaxşı nəticələr var, Polşa-Azərbaycan birgə iqtisadi komissiyası uğurla fəaliyyət göstərir və bir sıra sahələrdə, iqtisadi məsələlərin həlli istiqamətində çox vacib addımlar atılmışdır. Humanitar sahədə ənənəvi olaraq əməkdaşlıq mövcuddur və bu gün bu, daha da sürətlə inkişaf edir. Polyaklar əsrlər boyu Azərbaycanda yaşamış, yaratmışlar. Onların əsərləri, eyni zamanda memarlıq əsərləri bu günə qədər Bakını gözəlləşdirir.

Biz son illər ərzində, o cümlədən Sizin təşəbbüsünüzlə energetika sahəsində Polşa-Azərbaycan əlaqələrinin inkişafını müşahidə edirik. Bu sahə həm bizim üçün, həm sizin üçün, Avropa üçün çox önəmlidir, çox vacibdir. Azərbaycanın çox böyük və zəngin neft-qaz yataqları vardır. Biz 15 ilə yaxındır ki, Azərbaycanda çox uğurlu neft-qaz strategiyamızı icra edirik. Bu işlərin nəticəsində Azərbaycan neft-qaz hasilatını böyük dərəcədə artıra bilmişdir və bu gün Azərbaycan nefti və qazı müxtəlif istiqamətlərlə dünya və Avropa bazarlarına əmniyyətli şəkildə çatdırılır. Nəzərə alsaq ki, Azərbaycanın ehtiyatları, Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarının ehtiyatları çox böyükdür, uzun illər, onilliklər bundan sonra da Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsi üçün önəmli ölkə olacaqdır.

Polşa-Azərbaycan əlaqələri bu istiqamətdə əlbəttə ki, həm ikitərəfli, həm geniş formatda həyata keçirilir. Sizin təşəbbüsünüzlə Krakov təşəbbüsü adlandırdığımız addımlar əlbəttə ki, geniş mənada regional əməkdaşlığın dərinləşməsinə xidmət göstərir. Bir neçə enerji sammitinin uğurla keçirilməsi və əldə edilmiş nailiyyətlər, qəbul edilmiş siyasi bəyanatlar bizim iradəmizi ortaya qoyur, bizim istəklərimizi ifadə edir.

Əminəm ki, bu vaxta qədər əldə edilmiş nəticələr əsasında biz növbəti illərdə yeni addımlar atmalıyıq. Artıq bu sahədə vacib tədbirlər görülür, Odessa-Brodı-Qdansk neft kəmərinin texniki-iqtisadi əsaslandırılması hazırlanıbdır və bu da çox önəmli hadisədir. Ümid edirəm ki, gələcək illərdə regional əməkdaşlıq məsələləri həll edildikcə biz istədiyimizə nail olacağıq.

Bu gün biz Xəzər dənizi-Qara dəniz-Baltik dənizi bölgəsinin əməkdaşlığından söhbət açırıq. Bu, həm energetikanı, həm siyasi əlaqələri, nəqliyyat, humanitar məsələlərin həllini, ümumiyyətlə çox məsələləri ehtiva edir. Polşa-Azərbaycan ikitərəfli münasibətləri bu məsələlərin həlli üçün çox böyük əhəmiyyətə malikdir.

Prezident İlham Əliyev Polşa Prezidenti ilə görüşdə bölgədəki vəziyyətlə bağlı fikri mübadiləsi aparıldığını, regional və beynəlxalq məsələlərin müzakirə olunduğunu dedi. Dövlətimizin başçısı bildirdi ki, görüşdə Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi ilə bağlı müzakirələr də aparılmışdır.

Dövlətimizin başçısı daha sonra dedi:

-Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin gücləndirilməsi işində Polşanın çox mühüm və təsirli imkanları vardır və Polşa bu imkanlardan istifadə edir. Bu yaxınlarda “Şərq tərəfdaşlığı” Proqramının başlanması, hesab edirəm, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərdə yeni səhifənin açılması deməkdir və biz buna hazırıq. Biz enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəmizi verməyə hazırıq. Digər məsələlərlə əlaqədar Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı hörmət əsasında gözəl münasibətlər qurulubdur. Növbəti illərdə biz bu münasibətləri daha da dərinləşdirəcəyik. Bir sözlə, bizim münasibətlərimiz çox geniş məna daşıyır, həm ikitərəfli münasibətlərimizi, uğurlu inkişafımızı təmin edir, eyni zamanda bunun Avropa-Azərbaycan münasibətlərinə də böyük təsiri vardır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində müəyyən irəliləyiş vardır. Sizin bugünkü və bu günə qədər ki, çıxışlarınız bu mənada xüsusi əhəmiyyət daşıyır. Çünki bu bəyanatlar birmənalıdır. Bütün məsələlər, bütün münaqişələr bir prinsip əsasında həll olunmalıdır, hər bir ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır. Hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır. İstənilən münaqişə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini məhz bu əsasda tapa bilər. Birmənalı və qətiyyətli mövqeyinizə görə mən bir daha Azərbaycan xalqı adından Sizə öz təşəkkürümü bildirmək istəyirəm.

Əminəm ki, hörmətli cənab Prezident, səfəriniz çox uğurlu olacaq, Sizin üçün xoş keçəcək və səfərin nəticələri iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynayacaqdır.

Bir daha xoş gəlmisiniz.

                            X X X

Polşa Prezidenti Lex KAÇİNSKİ bəyanatla çıxış edərək dedi:

-Cənab Prezident!

Xanımlar və cənablar!

Hörmətli nümayəndə heyətinin üzvləri!

Mən də qeyd etmək istəyirəm ki, həqiqətən bu, mənim Bakıya beşinci səfərimdir. Cənab Prezident də öz prezidentliyi dövründə bizim ölkəyə beş dəfə səfər edib. Biz sammitlər çərçivəsində də dəfələrlə görüşmüşük. Təbii ki, bu görüşlər həm Azərbaycanın, həm də Polşanın maraqlarına xidmət edən görüşlərdir.

Mən artıq qeyd etdim ki, əməkdaşlıq üçün imkanlar böyükdür və bu imkanlar, xüsusilə də cənab Prezident, Sizin və dost ölkəmizin imkanlarından istifadə etməyimiz sayəsində daha da genişlənir. Biz yerləşdiyimiz coğrafi məkanda bu münasibətlərə dəstək verməyə çalışırıq. Qeyd edim ki, ötən əsrdə ölkələrimiz bir çox çətinliklərlə üzləşmişdir. Cənab Prezidentin burada qeyd etdiyi kimi, əməkdaşlıq məsələləri çox əhəmiyyətlidir və hesab edirik ki, Azərbaycanın Xəzər dənizində zəngin ehtiyatları bizim ümumi əməkdaşlığımıza xidmət edir. Mən hesab edirəm ki, Sizin ölkəniz artıq Avropanın enerji təhlükəsizliyinə çox böyük təsir göstərən ölkəyə çevrilibdir və biz bunu görürük. Biz bunu son illər ərzində müşahidə etmişik, biz bunun şahidi olmuşuq. Mən hətta belə deyərdim ki, Siz Avropaya bu cür töhfə verməklə qitənin daha mühüm bir hissəsinə çevrilirsiniz. Burada mən hamıya müraciət edərək demək istəyirəm, fakt ondan ibarətdir ki, nəinki mənim vətənimdə - Polşada, bütün Avropa İttifaqında, o cümlədən Avropa İttifaqına üzv olmayan dövlətlərdə də bir çox şəxslər, bir çox dairələr anlayırlar ki, burada, məhz bu məkanda ən vacib açarlar vardır. Nəinki Polşanın uğurunun, bütün Avropa İttifaqının uğurunun açarı buradadır. Bu, bizim enerji müstəqilliyimizdir.

Polşa Prezidenti Lex Kaçinski Dağlıq Qarabağ münaqişəsinə toxunaraq ərazi bütövlüyü prinsipinin pozulmasının qəbuledilməz və yolverilməz olduğunu dedi:

-Ərazi bütövlüyü prinsipinin pozulması, xüsusən də güc tətbiqi ilə pozulması qəbuledilməzdir və buna yol vermək olmaz. Çünki bu, hərbi münaqişənin daha da gücləndirilməsinə səbəb ola bilər. Ona görə də bu münaqişənin olması nə Azərbaycanın, nə də digər dövlətlərin marağındadır. Məhz sülhsevər ölkələrin marağındadır ki, münaqişələr olmasın. Biz hesab edirik ki, Azərbaycan ilə Polşa bu baxımdan tam anlaşır. Ərazi bütövlüyü prinsipinə əməl edilməli, hörmətlə yanaşılmalıdır. Biz ərazi bütövlüyünə əməl edilməsini istəyirik. Azlıqların hüquqlarına da hörmətlə yanaşılmalıdır, amma bu, ərazi bütövlüyü çərçivəsində baş verməlidir.

Polşanın dövlət başçısı ölkələrimiz arasında iqtisadi münasibətlərin, xüsusilə də enerji sahəsində əlaqələrin inkişaf etdiyini bildirərək söylədi ki, hər iki ölkə bu sahədə bir çox irəliləyişlərə nail olmuşdur. Biz bu yolun başlanğıcındayıq və əməkdaşlığımızın əsasları möhkəmdir. Heç bir maneə bizi bu yoldan döndərməməlidir.

Polşa Prezidenti daha sonra dedi:

-Mən hökumətlərarası komissiyanın mayda keçirilmiş iclasından məmnunluğumu bildirirəm. Orada iqtisadi məsələlər qaldırılmışdı. Turizm və mədəniyyət sahəsində əməkdaşlığın imkanları xüsusi qeyd edilmişdi. Bütün bunlar olduqca vacibdir. Çünki bütün xalqların, o cümlədən Polşa xalqının və Azərbaycan xalqının müəyyən imkanları var ki, onlar o imkanlarla mübadilə edə bilərlər. Mədəni mübadilələr olmalıdır. Yəni bu, birtərəfli olmamalıdır, bu, Qərbdən Şərqə, Şərqdən Qərbə və Cənubdan Şimala, Şimaldan Cənuba olmalıdır. Bu sözləri, bu məsələləri xüsusi vurğulayaraq biz bu ölkədə, bu məkanda, bu regionda sülhə xidmət etməliyik.

Ölkəsinin bir çox sahələrdə xeyli təcrübə qazandığını deyən Lex Kaçinski tibb sektorunda əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd etdi. Dövlət başçısı Polşa-Azərbaycan münasibətlərinin xüsusi əhəmiyyət daşıdığını, bundan sonra bu əlaqələrin daha sıx olacağına əminliyini ifadə etdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır