Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÖVLƏT BAŞÇILARININ MƏTBUAT ÜÇÜN BƏYANATLARI

DÖVLƏT BAŞÇILARININ MƏTBUAT ÜÇÜN BƏYANATLARI
Bakı, 8 iyul (AZƏRTAC). İyulun 8-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra prezidentlər İlham Əliyev və Bəşşar əl-Əsəd mətbuat üçün bəyanatlarla çıxış etmişlər.

Azərbaycan Prezidenti İLHAM ƏLİYEV bəyanatla çıxış edərək dedi:

-Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

İlk növbədə, cənab Prezident, Sizi və nümayəndə heyətinizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz!

Bu səfər Suriya Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Biz bu səfərə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər çox uğurlu keçəcək və səfər sayəsində Suriya-Azərbaycan əlaqələri daha da inkişaf edəcəkdir. Buna nail olmaq üçün bütün imkanlar vardır. Biz bu gün çox geniş fikir mübadiləsi apardıq. Həm ikitərəfli münasibətlər müzakirə edildi, regional məsələlərə vaxt ayrıldı, eyni zamanda, əminəm ki, imzalanmış sənədlər münasibətlərimizin inkişafında çox mühüm rol oynayacaqdır.

Suriya-Azərbaycan münasibətlərinin çox gözəl perspektivləri vardır. Biz bu münasibətlərə xüsusi əhəmiyyət veririk və bildiyiniz kimi, keçən ildən başlayaraq Suriyada Azərbaycanın səfirliyi fəaliyyət göstərir. Biz beynəlxalq təşkilatlarda çox uğurlu əməkdaşlıq edirik. BMT və İslam Konfransı Təşkilatı çərçivəsində əməkdaşlığımız ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət göstərir və eyni zamanda, regional müstəvidə birgə səylərimiz uğur gətirir.

İslam Konfransı Təşkilatı çərçivəsində birgə səylərimiz də çox təqdirəlayiqdir. Biz Azərbaycanda islam həmrəyliyinin möhkəmlənməsi üçün əməli tədbirlər həyata keçiririk. Bakı şəhəri bu il İslam Mədəniyyətinin paytaxtı elan edilibdir. Gələcəkdə bu istiqamətdə atılacaq müştərək addımlar bütün İslam dünyasının birləşməsinə xidmət göstərəcəkdir.

Əminəm ki, siyasi əlaqələr gələcəkdə sürətlə inkişaf edəcəkdir. İqtisadi sahədə yaxşı perspektivlər vardır və əminəm ki, sabah keçiriləcək birgə biznes forum iş adamları arasında əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcəkdir. Müxtəlif imkanlar var, müxtəlif təşəbbüslər irəli sürülə, birgə layihələr icra oluna bilər. Biz buna hazırıq və çox böyük maraq göstəririk.

Regional məsələlərin müzakirəsinə də bu gün vaxt ayrıldı və mən cənab Prezidentə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyət haqqında fikirlərimi bildirdim. Bildiyiniz kimi, Azərbaycan torpaqları uzun illərdir işğal altındadır, 15 ildən artıqdır ki, atəşkəs elan olunubdur, ancaq hələ ki, məsələ öz həllini tapmamışdır.

Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasəti və hərbi təcavüzü ölkəmizin ərazisinin 20 faizinin işğal altına düşməsinə gətirib çıxarıbdır, bir milyondan artıq qaçqın, köçkün yaranmışdır.

Biz məsələnin beynəlxalq hüquq normalarına uyğun həll olunmasına tərəfdarıq və BMT Baş Məclisinin qərarları və Təhlükəsizlik Şurasının dörd qətnaməsi erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Digər beynəlxalq təşkilatların qərarları da bizim mövqeyimizi müdafiə edir. Bu işğala son qoyulmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. O ki qaldı Ermənistan tərəfinin bəzən səsləndirdiyi tezislərə - xalqların öz müqəddəratını təyin etmək hüququna, qeyd etmək istəyirəm ki, erməni xalqı öz müqəddəratını artıq müəyyən edib. Ermənistan müstəqil dövlətdir və əlbəttə ki, məsələnin həlli yalnız ərazi bütövlüyü prinsipləri əsasında mümkündür.

Cənab Prezident, mən bu gün çox şadam ki, bizim aramızda şəxsi münasibətlər də yaranır. Əminəm ki, bu münasibətlərin də çox yaxşı gələcəyi vardır və şəxsi münasibətlər tarixdə çox mühüm rol oynayır. Bu gün qeyd edildi ki, bizim atalarımız da bir-biri ilə çox yaxşı əməkdaşlıq edirdilər, bir-birini tanıyırdılar, onları dostluq münasibətləri bağlayırdı. Əminəm ki, biz də bu gözəl ənənəni davam etdirəcəyik.

Hörmətli cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Sizə və bütün Suriya xalqına xoşbəxtlik arzulayıram.

 

X X X

Suriya Prezidenti BƏŞŞAR ƏL-ƏSƏD bəyanatla çıxış edərək dedi:

-Çox sağ olun, cənab Prezident, qardaşım İlham Əliyev!

Bu gözəl sözlərə görə minnətdaram. Bu sözlər bizim aramızda, ölkələrimiz arasında - Suriya ilə Azərbaycan arasında münasibətləri tam ifadə edir. Bu əlaqələr tarixi əlaqələrdir. Azərbaycan xalqına, Azərbaycan hökumətinə və dost Azərbaycana minnətdarlığımı bildirirəm.

Mən və nümayəndə heyətim çox isti qarşılandı. Bu səfərin həyata keçirilməsi yolunda atılan bütün addımlara görə minnətdarlığımı bildirirəm və əminəm ki, bu səfər çox uğurlu olacaqdır. Ölkələrimiz arasındakı münasibətlər tarixi münasibətlərdir.

Suriya Prezidenti dedi ki, ölkələrimizi tarix boyu Böyük İpək Yolu bağlamışdır. Bu, ondan irəli gəlir ki, hər iki ölkənin strateji mövqeyi vardır. Xalqlarımız arasındakı münasibətlərin qardaşlıq münasibətləri olduğunu bildirən Bəşşar əl-Əsəd dedi:

-Azərbaycan şairi Nəsiminin həyat və yaradıcılığı ölkələrimiz arasındakı münasibətlərin dərinliyinə dəlalət edir. Bu şair altı əsr bundan əvvəl Suriyada yaşayıb-yaratmışdır. O, böyük şairdir, böyük filosofdur. Suriyada dəfn olunmuş Nəsiminin məqbərəsinin daha da gözəlləşdirilməsi, yenidən bərpası barədə hökumətlər arasında razılıq əldə olunmuşdur.

Prezident Bəşşar əl-Əsəd ölkəmiz müstəqillik qazanandan sonra aramızda birbaşa etimadın yarandığını bildirərək dedi:

-Azərbaycana bu səfərim iki dost ölkə arasında bu qəbildən olan birinci səfərdir. Bu səfərin əsasını güclü bünövrə təşkil edir. Bu əlaqələrimizin, münasibətlərimizin strateji əhəmiyyəti vardır. Bu münasibətlər gələcəyə istiqamətlənib və bütün sahələri əhatə edəcəkdir. Bir sıra sənədlər imzalanmışdır və yaxın saatlarda da digər sənədlər - ticarət, gömrük, maliyyə, sənaye, informasiya, təhsil sahələrinə və digər sahələrə dair bir sıra anlaşma memorandumları imzalanacaqdır. Bu səfərin əsas məqsədi ondan ibarətdir ki, ölkələrimiz arasında qapıları tam açaq. Özəl sektor, Suriya və Azərbaycan iş adamları arasında qapıları tam açaq.

Qafqaz, Yaxın Şərq və Balkan həm dünya, həm də bölgə səviyyəsində olduqca mühüm və dinamik bölgələrdir. Əsrlər boyu bu bölgələr çox mühüm regionlar olmuşlar. Eyni zamanda, cənab Prezident İlham Əliyev də mənə ətraflı məlumat verdi. Mən də ona ətraflı məlumat verdim. Ölkələrimizin yaşadığı problemlər barədə, eyni zamanda, tarixi təcrübələrimiz, yaşadığımız problemlər barədə fikir mübadiləsi apardıq. Şübhəsiz ki, Qafqaz və Yaxın Şərq regionları dünyanın ürəyini təşkil edir və bu regionlar arasında birbaşa əlaqələrin yaradılması və bütün problemlərin həlli olduqca vacibdir. Biz Yaxın Şərq regionunda sabitlik və sülh prosesi, 1991-ci ildən bəri başladığımız sülh danışıqları və üzləşdiyimiz problemlər barədə danışdıq.

Sonra Suriya Prezidenti İsraillə aparılan danışıqlar barədə məlumat verdi:

-Bütün işğal olunmuş ərazilər azad olunmalı, ələlxüsus Suriyanın işğal olunan əraziləri - Holan təpələri sahiblərinə qaytarılmalıdır. Mən cənab Prezidentə sülhlə bağlı bizim mövqeyimiz barədə ətraflı məlumat verdim və bildirdim ki, bizim tərəfdən heç bir güzəşt ola bilməz. Şübhəsiz ki, işğal altındakı ərazilər azad edilməsə Yaxın Şərqdə heç vaxt sülh bərqərar ola bilməz. Mən cənab Prezidentə Fələstinin Qəzzə zolağının blokadası, Fələstindəki ağır vəziyyət barədə məlumat verdim. Bildirdim ki, bu blokada aradan qaldırılmalıdır. Fələstinlilər öz aralarında müəyyən razılığa gəlməlidirlər. Bundan sonra fələstinlilərlə israillilər arasında razılıq əldə olunmalıdır və sülh prosesi kamil şəkildə həyata keçirilməlidir. Biz sülhə nail olmaqdan imtina etmirik, lazımi şərait olandan sonra biz münasib vaxtda sülhə nail ola bilərik.

Suriyanın dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini də bölüşdü:

-Azərbaycanın mövqeyi beynəlxalq qanunlar çərçivəsinə söykənir. Təbii ki, problem nə qədər tez həll olunarsa, bir o qədər faydalı olar. Çünki problemlər xroniki xəstəliklər kimi nə qədər uzanırsa, onların həll olunması da o qədər çətin olur. Böyük xəstəliklər qəflətən gəlir. Lakin xəstəlikləri müalicə etmək lazımdır, problemləri tez həll etmək lazımdır. Suriyanın da bu prosesdə çox böyük rolu ola bilər. Suriyanın həm Azərbaycan, həm də erməni tərəfi ilə yaxşı münasibətləri vardır. Suriya bu məsələnin həllinə öz töhfəsini verə bilər.

Bu gün axşam və sabah da Azərbaycanda görüşlərimiz olacaqdır. Biz Sizinlə tam razıyıq və fikirləşirik ki, problemlərə dair mövqelərimiz üst-üstə düşür. Üzləşdiyimiz problemlər, hər iki regionun problemləri bir-birinə oxşayır. Əminəm ki, bu səfərin nəticələri uğurlu olacaqdır və əməkdaşlıq üçün qapıları daha geniş açacaqdır.

Bir daha qardaşım Prezidentə xoşbəxtlik və dost Azərbaycan xalqına əmin-amanlıq, çiçəklənmə arzulayıram.

Çox sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub