DÖVLƏT DƏSTƏYİ TAXILÇILIQLA MƏŞĞUL OLAN FERMERLƏRİ YÜKSƏK MƏHSUL İSTEHSALINA RUHLANDIRIR
Ağsu, 21 sentyabr (AZƏRTAC). Ağsu rayonunda da son illər taxılçılıq inkişaf etdirilir. Cari ildə burada istehsal rekord göstəriciyə - 92,6 min tona çatdırılmışdır.
Rayonda üç özəl toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Bu təsərrüfatlara verilən güzəştli kreditlər, hər hektar üçün dövlət tərəfindən ödənilən pul yardımı məhsul istehsalını stimullaşdırır.
Özəl toxumçuluq təsərrüfatının başçısı Alxan Abdullayev bildirmişdir ki, yaxın illərdə rayonda yüksək reproduksiyalı toxuma olan tələbatın 70-80 faizini ödəmək əzmindəyik. Toxumçuluqla məşğul olan fermerlərə göstərilən dövlət qayğısı təsərrüfatımızı ildən-ilə genişləndirməyə, məhsul istehsalını artırmağa imkan verir. Cari mövsümdə 130 hektar sahədə, əsasən, “Əzəmətli-95”, “Pamyat” sortundan olan 465 ton keyfiyyətli toxum istehsal etmişik. Hazırda payızlıq taxıl səpininə ciddi hazırlaşırıq. Növbəti mövsüm üçün 140 hektaradək sahədə şum çıxarmış, şum almına kifayət qədər azot gübrəsi, habelə üzvi gübrə vermişik. Yaxın günlərdə payız əkininə başlayacağıq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]