Dövlət komitəsinin sədri Zərdabda vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 3 aprel, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 8-də Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüş saat 11:00-da Zərdab rayon Heydər Əliyev Mərkəzində (ünvan: Zərdab şəhəri, Heydər Əliyev prospekti 21) keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Göyçay regional bölməsinə (Əlaqə vasitələri: (020) 274 19 53, (050) 470 68 00, [email protected], [email protected]) müraciət etmələri xahiş edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [11:43]
Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb
- 10.06.2026 [11:37]
Bu ilin yanvar-may aylarında əlillik təyin olunan şəxslərin sayı açıqlanıb
- 10.06.2026 [11:34]
Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlanıb VİDEO
- 10.06.2026 [11:01]