ELM VƏ TƏHSİL
Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Qarabağ Azərbaycandır!” plakat sərgisi açılacaq
Bakı, 12 oktyabr, AZƏRTAC
Oktyabrın 13-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Rəssamlıq fakültəsinin müəllim-professor və tələbə heyəti tərəfindən hazırlanan “Qarabağ Azərbaycandır!” plakat sərgisinin açılış mərasimi keçiriləcək.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, sərgi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli, müdrik və cəsarətli siyasəti və müzəffər ordumuzun qələbələrindən ilhamlanaraq yaranıb. Təqdim olunan plakatlar qısa müddətdə - on gün ərzində ərsəyə gətirilib. Müəlliflərin çevik, operativ və peşəkar reaksiyası nəticəsində dəstək şüarları təsviri müstəvidə canlandırılıb. Sərginin ilk versiyası onlayn formatda təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:05]
Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir
- 07.05.2024 [19:47]
“Yay məktəbi”nə ərizə qəbulu başlayır
- 07.05.2024 [19:07]