Dövlət Məşğulluq Agentliyi daha iki beynəlxalq mükafata layiq görülüb
Bakı, 25 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi daha iki beynəlxalq müsabiqədə mükafatlara layiq görülüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının “Employee Wellness Awards” müsabiqəsində Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti yüksək qiymətləndirilib və Agentlik “2025-ci il üzrə Dövlət Məşğulluq Xidmətində Mükəmməllik” kateqoriyası üzrə qalib seçilib.
Həmçinin “Global Financial Market Review”” təşkilatının (Böyük Britaniya) müsabiqəsində “Əmək və məşğulluq” altsistemi ilə iştirak edən Dövlət Məşğulluq Agentliyi “Ən Yaxşı Rəqəmsal Tənzimləmə Həlli Azərbaycan 2025” kateqoriyası üzrə qalib seçilib.
Qeyd edək ki, həmin müsabiqələr biznes və korporativ sektorda innovativ yenilikləri və uğurları ilə seçilən özəl və dövlət qurumlarının nailiyyətlərini, yeni tendensiyaları və nailiyyətləri tanıtmaq məqsədi daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:11]
Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
- 30.09.2026 [14:07]
ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb
- 30.09.2026 [13:44]
Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb
- 30.09.2026 [13:16]
NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO
- 30.09.2026 [12:43]
Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir
- 30.09.2026 [12:41]