Dövlət qurumları arasında intellektual oyun keçirilib
Bakı, 5 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə dövlət qurumları arasında intellektual oyun keçirilib.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə 37 dövlət qurumunu təmsil edən komandaların iştirak etdiyi intellektual oyunda İqtisadiyyat Nazirliyinin əməkdaşlarından ibarət “Mineco” komandası ən yüksək nəticə göstərərək 1-ci yerə layiq görülüb. Dövlət İmtahan Mərkəzinin “DİM” komandası II, Xarici İşlər Nazirliyinin “Diplomat” komandası isə lll yerin qalibi olublar.
Qalib komandalara diplomlar və hədiyyələr təqdim olunub.