CƏMİYYƏT
Dövlət qurumları və vətəndaş cəmiyyəti arasında əlaqələrin düzgün istiqamətdə aparılması çox vacibdir
![Dövlət qurumları və vətəndaş cəmiyyəti arasında əlaqələrin düzgün istiqamətdə aparılması çox vacibdir](/files/2023/2/1200x630/16886388401271028390_1200x630.jpg)
Bakı, 6 iyul, AZƏRTAC
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ictimai iştirakçılığı təşviq edir və dəstəkləyir. Biz bu istiqamətdə fəaliyyətimizi daha da genişləndirməyə çalışırıq.
AZƏRTAC xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva iyulun 6-da “İctimai iştirakçılıq: Təşəbbüslər və yeni çağırışlar” mövzusunda keçirilən tədbirdə deyib.
Dövlət qurumları və vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin qurulması və düzgün istiqamətdə aparılmasının vacibliyini qeyd edən A.Əliyeva bütün istiqamətlərdə fəaliyyətin genişləndirildiyini diqqətə çatdırıb.
İctimai Şuralarla bağlı fikirlərini bölüşən icraçı direktor icra hakimiyyətlərində bu istiqamətdə vəziyyətin qənaətbəxş olduğunu bildirib.
Aygün Əliyeva ictimai iştirakçılıqla bağlı maarifləndirmə işinin daha da artırılmasının vacibliyini qeyd edib.