Dövlət sərhədini pozmağa cəhd göstərən iki Azərbaycan vətəndaşı saxlanılıb
Bakı, 12 yanvar, AZƏRTAC
Yanvarın 11-də saat 22:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən iki Azərbaycan vətəndaşı saxlanılıb.
Qurumun mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı onların 1995-ci il təvəllüdlü Ağstafa rayon sakini Abdullayev Məqsəd Vidadi oğlu və Yevlax rayon sakini Dərviş İsmayıl Qnyaz oğlu olmaları müəyyənləşdirilib.
Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:18]
İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub
- 15.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [17:42]
“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib
- 15.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [10:22]
Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO
- 15.06.2026 [08:30]