DÖVLƏT TƏRƏFİNDƏN PAMBIQ İSTEHSALÇILARINA MALİYYƏ DƏSTƏYİ ARTIRILA BİLƏR
Bakı, 1 oktyabr (AZƏRTAC). Növbəti ildə dövlət tərəfindən pambıq istehsalçılarına maliyyə dəstəyi artırıla bilər.
Regionların sosial-iqtisadi inkişafi Dövlət Proqramının icrası nəticəsində bölgələrdə yeni pambıq emalı müəssisələrinin yaradılmasını, “Pambıqçılıq haqqında” qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacağını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun bu sahəsinə diqqət son vaxtlar artmaqdadır.
Qanunun hazırlanmasında iştirak edən kənd təsərrüfatı mütəxəssislərinin sözlərinə görə, sənəddə istehsalçı-sifarişçi münasibətlərinin tənzimlənməsi və hüquqlarının nizamlanması, istehsalı tənzimləmənin yolları və s. əks olunmuşdur. Dövlət tərəfindən bu sahəyə qayğı və maliyyə dəstəyinin daha da artırılması nəzərdə tutulur. Mütəxəssislər pambıq istehsalçılarına verilən subsidiyaların məbləğinin artacağını da istisna etmirlər. Həm bu, həm də növbəti ildən taxıl və pambıq məhsullarının əkininin növbələşdirilməsi yolu ilə pambıq sahələrini genişləndirmək olar. Bundan əlavə, qanunda bir çox sahələrdə, xüsusilə də toxumçuluqda dəqiq beynəlxalq və dövlət standartlarına əsasən normaların qorunması ciddi tələb olunur ki, pambıq yüksək keyfiyyətli olsun.
Keyfiyyətli pambıqdan yaxşı mahlıc istehsal olunarsa, belə məhsulu dünya bazarlarına çıxarmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]