Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət-xalq-ordu birliyi milli həmrəyliyin bəhrəsidir

Gərməçataq və Buzqov kəndlərindəki hərbi hissələr üçün yeni əsgəri-məişət kompleksləri istifadəyə verilib

Babək, 31 dekabr, AZƏRTAC

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Ən çətin dağlıq şəraitdə belə hərbi xidmət nümunəvi təşkil olunur, şəxsi heyətin xidmət və məişət şəraiti yaxşılaşdırılır. 2018-ci ildə Əlahiddə Ümumqoşun Ordusu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir. Bütün bunlar həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir. Bu birlik və həmrəylik ordumuzun gücünü artırır. Bayram günlərində hərbi hissələrdə yeni xidmət və yaşayış binalarının istifadəyə verilməsi, əsgər və zabitlərlə görüşlərin keçirilməsi də mühüm əhəmiyyətə malikdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 31-də Babək rayonunun Gərməçataq və Buzqov kəndlərindəki hərbi hissələr üçün yeni əsgəri-məişət kompleksləri istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.

Ali Məclisin Sədri binanın açılışını bildirən lenti kəsib.

Ali Məclisin Sədri əsgərləri salamlayıb, onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı, eləcə də yeni əsgəri-məişət kompleksinin istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Bu gün ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər ordumuzu güclü ordular sırasına çıxarmışdır. O ordu güclüdür ki, onun müasir silahları, texnikaları var, əsgəri-məişət kompleksləri müasir tələblər səviyyəsindədir və şəxsi heyətinin yüksək döyüş ruhu vardır. Bunları Azərbaycan ordusunun, eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublika ərazisində yerləşən ordu, birləşmə, hissə və bölmələrinin timsalında görmək mümkündür. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikada yerləşən ordu, birləşmə və hissələri həm müasir silah və sursata, həm də peşəkar və yüksək döyüş ruhu olan şəxsi heyətə malikdir.

Ali Məclisin Sədri deyib: Güclü ordusu olan ölkə həm döyüş meydanında, həm də siyasi proseslərdə öz sözünü deyə bilir. Bu gün Azərbaycan ordusu dövlətimizin və müstəqilliyimizin qarantıdır. Çünki ölkəmizdə ordu quruculuğu sahəsində mühüm işlər görülür. Ölkə Prezidentinin ordunun inkişafına göstərdiyi qayğının nəticəsidir ki, Azərbaycan ordusu müasir tələblər səviyyəsindədir. Ölkəmizdə sabitliyin qorunması, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi və işğal olunmuş torpaqlarımızın azad olunması ordumuzun qarşısında duran əsas vəzifələrdir. Gərməçataq kəndindəki hərbi hissə üçün yaradılan şərait də xidmətin nümunəvi təşkilinə imkan verəcəkdir. Əsgərlərin xidməti və istirahəti hərtərəfli təşkil olunacaq, qarşıya qoyulan vəzifələr isə layiqincə yerinə yetiriləcəkdir.

Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına və xidmətin təşkilində məsuliyyətin artırılacağına əminliyini bildirib, şəxsi heyətə xidmətdə uğurlar arzulayıb.

Əsgər Elnar Vəliyev minnətdarlıq edərək deyib: Bu gün hər bir əsgər dövlətin və xalqın dəstəyini hiss edir. Çətin dağlıq şəraitdə xidmətin nümunəvi təşkili üçün lazımi şərait yaradılıb. Ali Məclis Sədrinin bayram günündə ön xətdə yerləşən hərbi hissədə əsgəri-məişət yaşayış kompleksinin açılışında iştirak etməsi, şəxsi heyətlə görüşməsi bunun daha bir ifadəsidir. Yaradılan şəraiti, göstərilən qayğını dərindən dərk edir, hərbi sirlərə yiyələnir, qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirməyə çalışırıq. Əmin edirik ki, zirvəsində dayandığımız bu dağlar qədər mətin, vüqarlı və yenilməzik.

Əsgər Qasım Bağırov deyib: Böyük əminliklə deyirik ki, torpaqlarımız etibarlı müdafiə olunur. Müstəqil Azərbaycanın inkişafı ordumuzun qüdrətini, şəxsi heyətin birliyini, döyüş ruhunu və qələbə əzmini daha da artırır. Yüksək dağlıq şəraitdə, düşmənlə təmas xəttində Vətənin müdafiəsində ayıq-sayıq dayanmışıq. Əsgərlərimiz dövlət qayğısını daim üzərlərində hiss edirlər. Bayram günündə Ali Məclis Sədri ilə görüşümüz bizi ruhlandırır, əzm və iradəmizi artırır.

Əsgərlər Elnar Vəliyev və Qasım Bağırov yaradılan şəraitə görə şəxsi heyət adından minnətdarlıq edib, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Ali Məclisin Sədrinə təbriklərini çatdırıblar.

Şəxsi heyət birlik və bərabərliyin ifadəsi olan “Hamı bir nəfər üçün, bir nəfər hamı üçün” şüarını səsləndiriblər.

Ali Məclisin Sədri binada yaradılan şəraitlə və xidmətin təşkili ilə maraqlanıb.

Məlumat verilib ki, ikimərtəbəli əsgəri-məişət kompleksində əsgər və zabit yataqxanaları, tibb məntəqəsi, növbətçi otağı, ideoloji sinif, zabitlər üçün iş otaqları, silah və digər xidməti otaqlar, mətbəx, yeməkxana, əşya və ərzaq anbarları, əsgərlər üçün ləvazimatların satışı mağazası, hamam-camaşırxana və qazanxana yerləşir. Binada xidmətin günün nizam qaydalarına uyğun təşkili, əsgərlərin normal qidalanması və sağlamlıqlarının qorunması üçün hərtərəfli şərait yaradılıb.

Həyətdə sıra meydanı və idman şəhərciyi salınıb, texnika saxlancı tikilib. Burada hərbi texnika və avtomobillərin saxlanması, təlimata uyğun istifadə və istismarı, eləcə də döyüş növbətçiliyinin düzgün təşkili üçün hərtərəfli şərait vardır. Şəxsi heyətin asudə vaxtının səmərəli təşkili məqsədi ilə istirahət guşəsi istifadəyə verilib, ərazidə abadlıq işləri görülərək yeni asfalt yol salınıb.

Ali Məclisin Sədri ön xətdə xidmətin təşkili və döyüş növbətçilyinin aparılması ilə bağlı tapşırıqlar verib.

Dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Buzqov kəndində yerləşən hərbi hissənin əsgəri-məişət yaşayış kompleksinin də açılışında iştirak edib.

Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.

Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib.

Ali Məclisin Sədri şəxsi heyəti Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı, o cümlədən əsgəri-məişət kompleksinin istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Bu gün muxtar respublikada ordu quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilir. Ordu quruculuğu sahəsində görülən işlər onun silah təminatı və döyüş qabiliyyətinin artırılması ilə yanaşı, həm də şəxsi heyət üçün müasir əsgəri-məişət komplekslərinin tikilməsi ilə ölçülür. Bu gün muxtar respublikada yerləşən ordu, birləşmə və hissələr istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Muxtar respublikanın ərazisi etibarlı qorunur, ordu, birləşmə və hissələrin şəxsi heyətlərinin döyüş qabiliyyətini artırmaq üçün tədbirlər görülür, hərbi hissələr müasir silah-sursatla təmin olunur, təlimlər keçirilir, əsgərlərin yaşayış şəraiti yaxşılaşdırılır. Gərməçataq və Buzqov kəndlərində əsgəri-məişət komplekslərinin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.

Ali Məclisin Sədri deyib: Yaradılan şərait xidmətin nümunəvi təşkilində əsas amildir. Əgər əsgər, gizir və zabitlərin xidməti üçün lazımi şərait varsa, onda xidmət də nümunəvi təşkil olunacaqdır. Ona görə də yaradılan şəraitdən xidmətin səviyyəsini yüksəltmək üçün istifadə edilməli, bu ərazilər etibarlı qorunmalıdır. Gərməçataq və Buzqov kəndlərində geniş abadlıq-quruculuq işləri aparılmış, məktəb binaları tikilmiş, sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılmışdır. Sərhəd yaşayış məntəqələrində bu işlər ordumuza güvənilərək həyata keçirilmişdir. Yeni əsgəri-məişət komplekslərinin istifadəyə verilməsi ordumuz üçün lazımi şərait yaradılması və xidmətin səviyyəsinin yüksəldilməsi deməkdir.

Ali Məclisin Sədri şəxsi heyəti bir daha bayramlar münasibətilə təbrik edib.

Əsgərlərdən Tural Rufullayev, Əşrəf Cəfərzadə və Cavanşir Məmmədov minnətdarlıq ediblər. Qeyd olunub ki, bu gün muxtar respublikanın bütün döyüş mövqelərində xidmət birlik və həmrəylik əsasında qurulub. Torpaqlarımız etibarlı müdafiə olunur. Yaradılan şəraitin nəticəsidir ki, hər bir əsgər özünü evindəki kimi hiss edir. Bütün bunlar şəxsi heyəti daha da ruhlandırır. Şəxsi heyət hərbi sirlərə dərindən yiyələnir, qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirirlər.

Əsgərlər “Hamı bir nəfər üçün, bir nəfər hamı üçün” şüarını səsləndiriblər.

Yaradılan şəraitlə tanışlıq zamanı bildirilib ki, əsgəri-məişət kompleksində silah otağı, növbətçi otağı, tibb məntəqəsi, ideoloji sinif, zabitlər üçün iş otaqları, mətbəx, yeməkxana və mağaza mövcuddur. Binanın ikinci mərtəbəsində əsgər və zabit yataqxanaları istifadəyə verilib. Kompleksin ərzaq və əşya anbarları da müasir səviyyədə qurulub, soyuducu kameralar və digər zəruri avadanlıqlarla təchiz edilib. Binada hamam-camaşırxana və qazanxana da yerləşir.

Ərazidə geniş abadlıq işləri görülüb, sıra meydanı, idman sahəsi və istirahət guşəsi yaradılıb, texnika saxlancı tikilib.

Kapitan Əziz Qəfərov xidmətin təşkili üçün yaradılan hərtərəfli şəraitə görə minnətdarlıq edib.

Ali Məclisin Sədri xidmətin nümunəvi təşkilində komandir heyətinin üzərinə mühüm vəzifələr düşdüyünü bildirib, şəxsi heyət arasındakı birliyin daha da möhkəmləndirilməsi və yaradılan şəraitdən səmərəli istifadə olunması ilə bağlı tapşırıqlar verib.

Hər iki əsgəri-məişət kompleksi ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunub, binalar daimi işıq, su və istilik sistemi ilə təchiz edilib.

Gətirilmiş ərzaq məhsulları Gərməçataq və Buzqov kəndlərindəki hərbi hissələrin anbarlarına təhvil verilib.

X  X  X

Həmin gün Naxçıvan Muxtar Respublikası Psixi və Ağciyər Xəstəlikləri dispanserlərində, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində müalicə alan xəstələrə və tibb işçilərinə bayram sovqatları paylanıb, müxtəlif adda ərzaq məhsulları anbarlara təhvil verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb