DSMF: Üç rayonda 26 min 149 ev təsərrüfatı elektronlaşdırılıb
Bakı, 3 sentyabr, AZƏRTAC
“Ev təsərrüfatları kitablarının elektronlaşdırılması” layihəsinə başlanılıb.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib. Bildirilib ki, layihənin ilk mərhələdə Şirvan şəhəri, Şamaxı və Astara rayonlarında həyata keçirilməsi planlaşdırılır. Bu rayonlarda layihə çərçivəsində ümumilikdə 67 min 594 ev təsərrüfatından 26 min 149-u (38,69%-i) elektronlaşdırılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Layihənin həyata keçirilməsində məqsəd əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasının genişləndirilməsi, onlar üçün yeni platformaların və elektron kvotanın tətbiqi, ünvanlı dövlət sosial yardımı almaq üçün elektron platformanın yenilənməsi, sadələşdirilməsi və şərtlərin optimallaşdırılması, ailələrin sosial yardım almaq hüququnu müəyyənləşdirmək üçün elektron informasiya sisteminin təkmilləşdirilməsidir. Əhalinin gəlirlərinin daha təkmil bəyan edilməsi mexanizminin formalaşdırılması və daha sonra sosial yardımın təyin olunması mexanizminin gəlirlərin bəyan olunması mexanizminə uyğunlaşdırılması da qarşıya qoyulmuş məqsədlərdəndir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:42]
Vətəndaşların penitensiar sahə ilə bağlı müraciətləri dinlənilib
- 10.06.2026 [13:33]
Sosial Xidmətlər Agentliyinin əməkdaşları məhkumlarla görüşüblər
- 10.06.2026 [13:32]
Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb
- 10.06.2026 [13:28]
“Klinik qastroenterologiya” dərsliyi nəşr olunub
- 10.06.2026 [13:25]
Gənclərin potensialını düzgün istiqamətləndirmək üçün nələr təklif edilir?
- 10.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [11:43]
Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb
- 10.06.2026 [11:37]