“Dual peşə təhsili proqramı”nın məzunlarının 70 faizindən çoxu şirkətlərdən iş təklifi alıb
Bakı, 18 iyul, AZƏRTAC
“Gələcək üçün peşə təhsili və təlimi” layihəsinin özəl sektorla əməkdaşlığı çərçivəsində iki il ərzində dual /iş yerində öyrənmə proqramına 32 şirkət qoşulub.
AZƏRTAC xəbər verir ki, bunu BMT İP - “Gələcək üçün Peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsinin meneceri Eltəkin Ömərov “Dual peşə təhsili proqramı”nın yekun tədbirində deyib.
Onun sözlərinə görə, 8 peşə təhsili müəssisəsindən 41, özəl sektordan isə 126 mentor turizm və qonaqpərvərlik, nəqliyyat, mebel istehsalı və media istiqamətləri daxil olmaqla 24 müxtəlif peşə üzrə prosesə cəlb olunub. Layihənin dəstəyi ilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran və Şəki şəhərlərindən 573 tələbə bu proqramda iştirak edib. Məzunların 70 faizindən çoxu təcrübədə olduğu şirkətlərdən rəsmi iş təklifi alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:20]
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub
- 12.06.2026 [18:04]
Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir
- 12.06.2026 [17:44]
Regionun aparıcı ali təhsil ocağı: BDU yeni məzunlarını yola salır
- 12.06.2026 [17:20]