Dubayda dünyada ilk beş ulduzlu sualtı kurortun tikintisinə başlanılıb
Dubay, 1 mart, AZƏRTAC
Dubay şəhərində yerləşən süni arxipelaqda dünyada ilk beş ulduzlu “The Floating Venice” (Üzən Venesiya) sualtı kurortunun inşasına başlanıb.
AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə layihənin icraçısı Dubayda daşınmaz əmlak sahəsində fəaliyyət göstərən “Kleindienst Group” şirkəti açıqlama verib.
İtaliyanın məşhur San-Marko meydanı formasını xatırladan tikiləcək kurort, dörd səviyyədə yerləşəcək 414 ayrı otaqdan ibarətdir. Onlardan 180-ı, həmçinin dünyada ilk üzən sualtı spa-salon və idman zalı, bir neçə mağaza və restoranlar suyun altında yerləşəcək. Pəncərələrdən təkrarolunmaz mənzərə və mərcan qayəsi görünəcək.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]