İDMAN
DUBAYIN KÜÇƏLƏRİNDƏN BİRİNƏ OLİMPİYA ÇEMPİONUNUN ADI VERİLƏCƏK
Afinadan qayıdan idmançının şərəfinə təntənəli qəbul düzəldilmişdir. Dubay hava limanında onu ölkənin bütün şeyxləri böyük sevinclə qarşılamışlar. Şəhərin küçələrində çempionu fəxri motosikletçilər dəstəsi müşayiət etmişdir. Dubay sakinləri Afina Oyunlarında ölkənin idman şərəfini ucaldan əl-Məktumu salamlamaq və təbrik etmək üçün küçələrə axışmışdılar.
Bütün bunlar heç də təsadüfi deyildir, çünki şeyx Əhməd əl-Məktum 1984-cü ildən başlayaraq ölkəsinin Olimpiya oyunlarında iştirakının bütün tarixi ərzində Əmirliklərin medal qazanan ilk vətəndaşıdır. Bundan başqa, o, stend atıcılığında olimpiya rekordunu təzələmişdir. İndi qalibi böyük ərməğanlar gözləyir.