Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dumanın deputatı Azərbaycanda parlament seçkilərinin nəticələri haqqında: Mütərəqqi və müstəqil siyasi kurs qalacaq

Dumanın deputatı Azərbaycanda parlament seçkilərinin nəticələri haqqında: Mütərəqqi və müstəqil siyasi kurs qalacaq

Moskva, 6 sentyabr, AZƏRTAC

Ötən həftə sonu ilk dəfə bütöv Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.

Seçki günlərində Bakıda səfərdə olan Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev AZƏRTAC -a müsahibəsində seçkinin nəticələrini və bu gün iki ölkə arasındakı münasibətlərdə açılan perspektivləri şərh edib.

– Dmitri İvanoviç, Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələrini necə qiymətləndirirsiniz? Sizin fikrinizcə, seçki Rusiya-Azərbaycan münasibətlərinin gələcək kursuna necə təsir edəcək?

– Azərbaycanda seçkilər obyektiv olaraq ən yüksək təşkilati səviyyədə, bütün beynəlxalq demokratik standartlara uyğun keçirilib. Yüksək fəallıq və bütün namizədlər üçün bərabər imkanların olduğu şəraitdə seçkilərin nəticələri Azərbaycanın hazırkı Prezidenti İlham Heydər oğlu Əliyevin partiyasının respublikada müstəsna nüfuzunu, etimadını və dəstəyini qoruduğunu əyani şəkildə təsdiqlədi. Yeni Azərbaycan Partiyasının Milli Məclisdə yer aldığı çoxluq, şübhəsiz ki, Azərbaycan rəhbərliyinin hazırkı mütərəqqi və müstəqil siyasi kursunun, o cümlədən Rusiya-Azərbaycan münasibətlərinin inkişafı məsələlərində də davam etdiriləcəyini göstərir.

Rusiya Prezidenti Vladimir Putinin Bakıya bu yaxınlardakı dövlət səfəri göstərdi ki, ölkələrimizi təkcə uzunmüddətli mehriban qonşuluq və xalqlar dostluğu tarixi deyil, həm də müttəfiqlik mövqeyi, bütün sahələrdə ortaq maraqlar və həyata keçiriləcək uzunmüddətli layihələr bağlayır. Şübhə etmirəm ki, bütün perspektivli razılaşmaların həyata keçirilməsini asanlaşdıran parlamentlərarası əlaqələrimiz də ənənəvi olaraq konstruktiv və səmimi qalacaq.

– Yaxın gələcəkdə Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı ilk növbədə hansı sahələrdə gözlənilməlidir?

– İstər keçirilmiş seçkilərin, istərsə də Vladimir Vladimiroviç Putinin Azərbaycana səfərinin nəticələrinə görə əminliklə deyə bilərik ki, bizim bütün irimiqyaslı birgə təşəbbüslərimizin hərtərəfli inkişafına güclü inkişaf təkanı verilib. Bu yaxınlarda Bakıda genişləndirilmiş Rusiya-Azərbaycan danışıqlarında Rusiya və Azərbaycan hökumətlərinin üzvləri demək olar ki, tam tərkibdə iştirak edirdilər - bu gün bizim birgə fəaliyyətimizin miqyası bu qədər genişdir. Rusiya nümayəndə heyətinin səfərinin nəticəsi olaraq bütün istiqamətlərdə qarşılıqlı fəaliyyətimizi əlaqələndirən və dərinləşdirən bir sıra memorandumlar və sazişlər imzalanıb. Söhbət, ilk növbədə, “Şimal-Cənub” nəqliyyat-logistika marşrutunun daha da genişləndirilməsi, neft-qaz sektorunda hərəkətlərin əlaqələndirilməsi, sənaye əməkdaşlığının, investisiya əməkdaşlığının və potensialı tükənməkdən çox uzaq olan ikitərəfli ticarətin genişləndirilməsi, eləcə də bir çox digər layihələrdən gedir. Yeni ümumi təşəbbüslərdən, məsələn, Xəzər dənizinin dayazlaşması səbəblərinin planlaşdırılan birgə təhlilinin aparılmasını qeyd etmək istərdim - ekoloji təhlükəsizlik bu gün əməkdaşlığımızın prioritet istiqamətlərindən biridir.

– Milli Məclisə seçkilər regional gündəliyin ən aktual mövzularından biri olaraq qalan sabitliyi möhkəmləndirərək, ilk dəfə Qarabağın işğaldan azad edilmiş ərazilərində keçirilib. Rusiya-Azərbaycan münasibətləri bu gün Cənubi Qafqazda yeni təhlükəsizlik sisteminin formalaşmasında hansı rol oynayır?

– Rusiya və Azərbaycan bu gün mübaliğəsiz, regional siyasətdə əsas tendensiyaları müəyyən edir. Bizim Cənubi Qafqazdakı ümumi maraqlarımız uzunmüddətli sülh, vəziyyətin sabitliyini pozan oyunçuların xaric edilməsidir. Bu məsələlərdə qarşılıqlı anlaşma Rusiya və Azərbaycana regionda təhlükəsizliyin və inkişafın təminatçısı kimi çıxış etməyə imkan verir.

Qeyd etmək lazımdır ki, Rusiya və Azərbaycanın maraqları təkcə regional deyil, həm də qlobal miqyasda üst-üstə düşür. Təsadüfi deyil ki, Vladimir Vladimiroviçin Bakıya səfərindən dərhal sonra Azərbaycan rəsmi olaraq BRICS təşkilatına üzv olmaq üçün ərizə təqdim etdi ki, bu da bizim tərəfdaşlığı gücləndirmək üçün yeni platforma ola bilər.

– Seçki günlərində Rusiyadan çoxlu müstəqil müşahidəçilər və qonaqlar Azərbaycana səfər edib. Rusiya nümayəndə heyətinin ölkədəki hazırkı siyasi proseslərlə bağlı təəssüratları necə olub?

– Rusiyalı ekspertlər yekdilliklə ötən parlament seçkilərinin şəffaflığı, legitimliyi, rəqabətliliyi və demokratikliyindən danışırlar. Üstəlik bizim müşahidəçilərə respublikada işləmək çox asan idi. Azərbaycanda rusiyalılar üçün dil baryeri problem sadəcə olaraq yoxdur. Respublikada rus dilinə dəstək və rus məktəblərinin inkişafı çox yüksək səviyyədə qalır. Humanitar əməkdaşlıq bu gün ölkələrimiz arasında dərin qarşılıqlı anlaşma, bərabərhüquqlu, qarşılıqlı faydalı etimada əsaslanan və dinamik inkişaf edən münasibətlərimizin əsaslandığı sütunlardan biri olaraq qalır. Belə ki, məsələn, Rusiya Azərbaycan üçün ixtisaslı kadrların hazırlanmasında fəal iştirak edir. Üstəlik, azərbaycanlı tələbələr həm Rusiyada, o cümlədən federal büdcə hesabına, həm də Rusiya ali məktəblərinin Bakıdakı filiallarında təhsil alırlar. Vladimir Vladimiroviç Putin bu yaxınlardakı səfəri zamanı Sankt-Peterburq Dövlət Universitetinin iştirakı ilə Bakıda Rusiya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsünü dilə gətirib, İlham Heydər oğlu Əliyev isə dəstəkləyib.

Daha bir əlamətdar birgə layihə - gələn il postsovet məkanının bütün ölkələri üçün ümumi olan faşizm üzərində böyük Qələbənin 80-ci ildönümünün geniş miqyasda qeyd edilməsidir. Rusiya və Azərbaycan mütəxəssisləri bu və digər birgə humanitar layihələri tezliklə Vladimir Vladimiroviçin Rusiyanın yaxşı dostları kimi Azərbaycan nümayəndə heyətini şəxsən dəvət etdiyi Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun 10-cu ildönümündə müzakirə edə biləcəklər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək