DÜNYA AZƏRBAYCANLILARIN HƏMRƏYLİK GÜNÜ MÜNASTİBƏTİLƏ
Əvvəlcə Azərbaycanın ümummilli lideri, dünya şöhrətli siyasətçi Prezident Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi tədbiri giriş sözü ilə açan universitetin prorektoru, professor Zeydulla Ağayev bu gün dünyanın 80-dan artıq ölkəsində yaşayan azərbaycanlıların bir araya gəlməsində Heydər Əliyevin xüsusi xidməti olduğunu və artıq bu sahədə müəyyən işlərin görüldüyünü demişdir.
Dünya azərbaycanlıları gənclərinin beynəlxalq həmrəyliyi cəmiyyətinin prezidenti Tofiq Əlizadə bildirmişdir ki, Azərbaycanın problemləri çox olsa da, onun müstəqilliyi tanınmışdır. Xaricdə 50 milyondan artıq azərbaycanlı yaşayır. Vətənə gələn hər bir azərbaycanlı ilə maraqlanırıq. Onların haradan gəlməsi yox, hansı işləri görməsi çox əhəmiyyətlidir. Biz çalışırıq ki, onlar Azərbaycanın dərdini şəxsi problemi kimi qəbul etsinlər.
Çıxış edən digər natiqlər də Dünya arzərbaycanlılarının 31 dekabr həmrəylik gününü xalqın öz tarixi kökünə qayıtması kimi qiymətləndirmiş və bu yolda Heydər Əliyevin əvəzsiz rolunu xüsusi vurğulamışlar.