DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜNƏ HƏSR EDİLMİŞ KONFRANS KEÇİRİLMİŞDİR
Əvvəlcə ümummilli liderimiz, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, universitetin rektoru, professor Bəhlul Ağayev tədbiri açaraq xalqımızın tarixində özünəməxsus yer tutan Dünya Azərbaycanlılarının Həmrəylik gününün əsasının qoyulmasında görkəmli dövlət xadimi, Prezident Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmışdır. Eyni zamanda, bütün soydaşlarımızı doğma Azərbaycanımızın və xalqımızın işıqlı sabahı naminə sıx birliyə, ümummilli liderimiz Heydər Əliyev ənənələrini layiqincə davam etdirməyə çağırmış, xoş arzularını bildirmişdir.
Prorektorlar Vilayət Əliyev, Rafiq Baxşəliyev, professor Həsən Balıyev, dosent Səmayə Mustafayeva və başqaları əlamətdar gün münasibətilə konfrans iştirakçılarını təbrik etmişlər.
Sonra “Heydər Əliyev və Azərbaycan diasporu”, “Müstəqil Azərbaycan dövlətçiliyinin yaranmasında və möhkəmlənməsində ziyalılarımızın rolu”, “Heydər Əliyev və dünya azərbaycanlılarının I qurultayı”, “Azərbaycan dünya azərbaycanlılarının Vətənidir” və digər mövzularda maraqlı məruzələr dinlənilmişdir.
Tədbirin 2-ci hissəsində tələbələrin ifasında Vətən, Azərbaycan, sülh və həmrəylik haqqında şerlər səslənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]