Dünya çempionatı: Bu gün daha beş cüdoçumuz mübarizəyə qoşulacaq
Bakı, 24 avqust, AZƏRTAC
Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmə cüdoçular arasında keçirilən dünya çempionatının ikinci günündə 4 çəki dərəcəsində 5 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, oğlanlar arasında 60 kiloqramda Məhəmməd Musayev, 66 kiloqramda Əbil Yusubov və Cəsur İbadlı güclərini sınayacaq.
Qızlar arasında isə 48 kiloqram çəki dərəcəsində Vüsalə Hacıyeva və 52 kiloqramda Xədicə Qədəşova tatamiyə çıxacaq.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan cüdoçularından Nihad Məmişov (50 kiloqram) qızıl, Məhəmməd Məmişov (50 kiloqram) gümüş, Mirxaliq İskəndərov (55 kiloqram) isə bürünc medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]