Dünya çempionatında uğur qazanmış paraüzgüçülərimiz Vətənə qayıdıblar
Bakı, 8 avqust, AZƏRTAC
İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında uğurlu çıxış etmiş paraüzgüçülərimiz Vətənə qayıdıblar.
AZƏRTAC xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Paralimpiya Komitəsinin rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.
Qeyd edək ki, Azərbaycan paraüzgüçüləri dünya çempionatını 5 medalla başa vurublar. Roman Saley 100 m məsafəyə sərbəst üsulla üzmədə qızıl, eyni məsafəyə arxasıüstə üzmədə gümüş, 50 m məsafəyə sərbəst və 100 m məsafəyə "butterfly" üsulu ilə üzmədə bürünc mükafata yiyələnib. Vəli İsrafilov isə 100 m məsafəyə brass növündə dünya çempionu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]