Dünya çempionatının Avropa üzrə seçmə mərhələsinin doqquzuncu turunda daha səkkiz qarşılaşma keçirilib
Dünya çempionatının Avropa üzrə seçmə mərhələsinin doqquzuncu turunda daha səkkiz qarşılaşma keçirilib
Bakı, 13 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Noyabrın 12-də futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin doqquzuncu turunda növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, gün ərzində 3 qrupda 8 qarşılaşma oynanılıb.
C qrupunda 14 xala malik qrup liderləri - İtaliya və İsveçrə yığmaları üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qrupun digər görüşündə isə Litva səfərdə Şimali İrlandiyaya minimal hesabla uduzub. Bu qrupdan İtaliya və İsveçrə ən azı pley-offda iştirak hüququ əldə edib.
F qrupunda Danimarka seçməsi DÇ-2022-də iştirakı vaxtından əvvəl təmin edib. Bununla belə, skandinaviyalılar Farer adaları üzərində inamlı qələbə qazanıblar. Şotlandiya isə Moldova səfərində 3 xal qazanaraq, qrupda ikinci pilləni rəsmiləşdirib.
I qrupunda isə İngiltərə Albaniyanı 5:0 hesabı ilə darmadağın etsə də, mundiala birbaşa vəsiqəni rəsmiləşdirə bilməyib. Çünki Polşa da Andorra səfərində böyük hesablı qələbəyə nail olub. Bununla belə, İngiltərə və Polşa ilk 2 pilləni təmin edərək, ən azı pley-offa vəsiqə qazanıblar.
Günün bütün görüşlərində və qruplarda olan vəziyyət aşağıdakı kimidir:
C qrupu
Şimali İrlandiya - Litva - 1:0;
İtaliya - İsveçrə - 1:1.
Qrupdakı vəziyyət: İtaliya 15 (7 oyuna), İsveçrə - 15 (7), Bolqarıstan - 8 (7), Şimali İrlandiya - 8 (7), Litva - 3 (7).
F qrupu
Moldova - Şotlandiya - 0:2;
Danimarka - Şimali İrlandiya - 3:1;
Avstriya - İsrail - 4:2.
Qrupdakı vəziyyət: Danimarka - 27, Şotlandiya - 20, İsrail - 13, Avstriya - 13, Farer adaları - 4, Moldova - 1.
I qrupu
Andorra - Polşa - 1:4;
Macarıstan - San-Marino - 4:0;
İngiltərə - Albaniya - 5:0.
Qrupdakı vəziyyət: İngiltərə - 23, Polşa - 20, Albaniya - 15, Macarıstan - 14, Andorra - 6, San-Marino - 0.