Dünya çempionatının ulduz səfiri: Məqsədimiz gəncləri yeni uğurlara və çağırışlara səsləməkdir
Bakı, 18 noyabr, AZƏRTAC
Bakıdakı Milli Gimnastika Arenası çox möhtəşəmdir. Dünya çempionatı bu arenada yüksək səviyyədə təşkil olunub.
Bunu Bakıda keçirilən batut gimnastikası üzrə 35-ci dünya çempionatının Kanadadan olan ulduz səfiri Karen Kokbern AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Azərbaycanda olmaqdan məmnunluq hiss etdiyini vurğulayan K.Kokbern bildirib: “Yarışın ulduz səfiri olmaq çox qürurvericidir. Bizim fəaliyyətimiz gəncləri yeni uğurlara və çağırışlara səsləməkdir. Məhz buna görə də Bakıdayıq. Burada illərlə tanıdığım gimnastlarla yanaşı, yeni simalar ilə də görüşdüm. Onlarla söhbət mənim üçün çox xoş oldu”.
Kanadalı gimnastlara azarkeşlik etdiyini vurğulayan K.Kokbern Çin və Yaponiya idmançılarının güclü olduqlarını diqqətə çatdırıb.
Noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.
Yarışların ilk iki günündə təsnifat, son iki günündə isə finallar keçiriləcək. Qaydalara əsasən, hər iştirakçı bir neçə proqramda çıxış edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [22:12]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]