Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya mətbuatı Qoşulmama Hərəkatının Bakı nazirlər görüşünü diqqət mərkəzində saxlayır

Bakı, 6 iyul, AZƏRTAC

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü beynəlxalq KİV-lərin diqqət mərkəzində qalmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, müxtəlif media resurslarında yayılmış məqalələrdə Bakı nazirlər görüşünün mühüm mesajların verildiyi, qlobal problemlərə münasibətdə müxtəlif yanaşmaların nümayiş etdirildiyi platformaya çevrildiyi vurğulanıb. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlərə geniş yer verilib.

ABŞ-ın “www.msn.com” saytında dərc olunan məqalədə bildirilib ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv dövlətləri Fransanın yeni müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparmağa çağıraraq deyib: “Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir”.

Portal dövlətimizin başçısının neokolonializm siyasəti ilə bağlı fikirlərinə də yer verib: “Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır”.

Vurğulanıb ki, Azərbaycan Prezidenti, həmçinin dünyada islamofobiya və ksenofobiya ilə bağlı narahatlığını ifadə edərək deyib: “Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması, təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbulolunmazdır və bu, pislənilməlidir”.

Diqqətə çatdırılıb ki, o, həmçinin bu yaxınlarda əlcəzair əsilli 17 yaşlı yeniyetmənin fransız polisi tərəfindən öldürülməsini xatırladıb, eyni zamanda, Fransanı başqa ölkələrin daxili işlərinə müdaxilə etdiyini vurğulayıb.

Ermənistanla sülh quruculuğu prosesindən də danışan Azərbaycanın dövlət başçısı bunun üçün Qarabağdakı bütün erməni silahlılarının bölgəni tərk etməli olduğunu diqqətə çatdırıb.

Afrika hökumətinin saytında (“gov.za”) bildirilib ki, Bakıda keçirilən nazirlər görüşündə gələn il Uqandanın paytaxtı Kampalada təşkil olunacaq Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının qarşıdan gələn 19-cu Zirvə toplantısına hazırlıq məsələləri müzakirə olunub, eyni zamanda, qlobal məsələlərə dair prinsipial mövqelər nəzərdən keçirilib.

Kubanın “Prensa Latina” agentliyində yayılan xəbərdə Suriya xarici işlər naziri Feysəl Əl-Məkdadın Qoşulmama Hərəkatına üzv ölkələri terrorizmlə mübarizədə səyləri birləşdirməyə çağırdığı vurğulanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışı ərəb ölkələrinin KİV-ləri tərəfindən də geniş işıqlandırılıb.

Bu ölkənin "Noticias de Cuba” portalında yayılan “Kuba Qoşulmama Hərəkatında Fələstinlə həmrəyliyi təsdiq edir” məqalədə Qoşulmama Hərəkatının Bakıda keçirilən iclasında bu ölkənin Fələstinin Birləşmiş Millətlər Təşkilatına tamhüquqlu üzv kimi daxil olmasına dəstəyini bir daha təsdiqlədiyi vurğulanıb.

Misir, Yəmən, Suriya, BƏƏ, Qətər, İordaniya, Küveyt və Əlcəzairin, habelə Pakistanın qəzet və portallarında oxuculara dövlətimizin başçısının çıxışından əsas məqamlar təqdim olunub.

“Algeriamaintenant” qəzetində dərc olunmuş “Azərbaycan Prezidenti Fransanı sərt tənqid edib” sərlövhəli məqalədə qeyd edilib ki, Əlcəzairin xarici işlər naziri Əhməd Attafın da iştirak etdiyi tədbirdə çıxış edən Prezident İlham Əliyev özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransanın hələ də digər ölkələrin daxili işlərinə qarışdığını, təəssüf ki, Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışdığını söyləyib. Yazıda diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət başçısı, həmçinin Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairlini qətlə yetirdiyini, hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümüklərinin müharibə qənimətləri kimi saxlanıldığını bildirib, bunu utancverici və iyrənc hərəkət adlandırıb. O, Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edib. O, eyni zamanda, bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsinin bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlaməti olduğunu vurğulayıb.

Əlcəzairin “EnTV” telekanalının saytında, “Eleane” nəşrində, “Əl Hərir”, “dz.54.dz” informasiya portallarında isə “İlham Əliyev Fransa hökumətinə qarşı ağır ittihamlar irəli sürdü” sərlövhəli məqalədə diqqətə çatdırılıb ki, Qoşulmama Hərəkatına uğurla sədrlik edən Azərbaycanın dövlət başçısı neokolonializm siyasətini sərt tənqid edib, xüsusən Fransanın Avropadan kənarda idarə etdiyi ərazilərin fransız müstəmləkə imperiyasının iyrənc qalıqları olduğunu söyləyib. O vurğulayıb ki, Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir. Azərbaycanın dövlət başçısı, həmçinin Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairlini qətlə yetirdiyini, hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümüklərinin müharibə qənimətləri kimi saxlanıldığını bildirib, bunu utancverici və iyrənc hərəkət adlandırıb. Prezident İlham Əliyev Fransada, xüsusilə də mediada və internetdə müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlər, rəsmi şəxslər və parlamentin iki palatasının üzvləri tərəfindən irqi nifrət xarakterli çıxışların getdikcə artdığını, bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsinin bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlaməti olduğunu vurğulayıb. O əlavə edib ki, “bu baxımdan biz BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatını dəstəkləyirik”.

Ərəb ölkələrində geniş oxucu auditoriyasına malik olan İordaniyanın “Nəbd” qəzetində dərc olunmuş “İlham Əliyev Parisi sərt tənqid etdi” sərlövhəli məqalədə diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət başçısı Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında Fransanı neokolonializmdə ittiham edib və bildirib ki, əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Parisin tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edəcək. Yazıda vurğulanıb ki, Prezident İlham Əliyev Azərbaycanın neokolonializm meyillərinin artmasından olduqca narahat olduğunu qeyd edib, dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatının keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməli olduğunu deyib. O əlavə edib ki, neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Bu ölkənin Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır.

Küveytin “q-8.press” informasiya portalında dərc edilmiş “Prezident İlham Əliyev İslamın zorakılıq və terrorla eyniləşdirilməsindən narahatlığını ifadə edib” sərlövhəli məqalədə qeyd edilib ki, Azərbaycanın dövlət başçısı Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında islamofobiya və dini rəmzlərin təhqir olunmasını qətiyyətlə pisləyib. O deyib: “Fikrimizcə, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi bizim gündəliyimizdə öndə duran məsələlər olmalıdır. Biz geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatıq. Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması, təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbulolunmazdır və bu, pislənilməlidir”.

Qətərin rəsmi QNA informasiya agentliyinin saytında Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü haqqında xəbər və Prezident İlham Əliyevin bu mötəbər tədbirdə çıxışından əsas məqamlar təqdim edilib.

Bu ölkənin “www.gulf-times.com” saytında dərc olunan məqalədə isə Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad əl-Murayxinin Qoşulmama Hərəkatının Bakıda keçirilən nazirlər görüşündə iştirak etdiyi, tədbirdə bəzi ölkələrdə “Qurani-Kərim”in nüsxələrinin yandırılması cinayətini kəskin şəkildə pislədiyi, bunu nifrət və islamofobiya hisslərini alovlandıran, qlobal miqyasda sülh və sabitliyə təhlükə yaradan irqçi cinayət hesab etdiyi bildirilib. Qeyd edilib ki, o, üzv ölkələri azadlıq və ədalət dəyərlərinə zidd olan, xalqlar və millətlər arasında ünsiyyətə xələl gətirən belə cinayətlərin təkrarlanmaması üçün kollektiv tədbirlər görməyə çağırıb.

Pakistanın nüfuzlu “İslamabadpost” qəzetində isə Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışının ingilis dilində tam mətni dərc edilib.

Prezident İlham Əliyevin çıxışının əsas məqamları Yəmənin “ManbarAden” qəzetində dərc olunmuş “Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə aktual beynəlxalq məsələlərdən bəhs etdi” sərlövhəli materialda da yer alıb.

İordaniyanın rəsmi Petra, BƏƏ-nin WAM informasiya agentlikləri də Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü haqqında materiallar dərc edilib.

Moldovanın aparıcı “Point”, "Noi", "Timpul" xəbər portalları da Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının nazirlər görüşündəki çıxışına geniş yer ayırıb.

Məqalələrdə dövlətimizin başçısının Ermənistanın qeyri-konstruktiv mövqeyinə dair fikirlərinə xüsusi diqqət çəkilib.

Prezident İlham Əliyevə istinadla qeyd olunub ki, əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir.

Məqalələrdə, Prezident İlham Əliyevin, həmçinin bu fikirləri oxucuların diqqətinə çatdırılıb: “Münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib. Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur”.

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü Bosniya və Herseqovina mediası tərəfindən də geniş işıqlandırılıb.

“Slobodna Bosna”, “Bosna info”, “Federalna” və “N1info” kimi informasiya agentliklərinin yaydığı xəbərlərdə Prezident İlham Əliyevin görüşdəki çıxışı zamanı Fransanın neokolonializmi hələ də davam etdirən ölkələrdən biri olduğunu qeyd etdiyi bildirilib. Azərbaycan Prezidentinin Fransada, xüsusilə də mediada müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlərin davam etdiyini bildirdiyi qeyd olunub.

Yazılarda Prezident İlham Əliyevin Fransanı öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməyə çağırdığı vurğulanıb.

Məqalələrdə Azərbaycan Prezidentinin görüşdəki çıxışı zamanı səsləndirdiyi bu fikirlərə yer verilib: “Bir neçə gün əvvəl Niderland kralı ölkəsinin müstəmləkə keçmişinə və qul ticarəti ilə məşğul olduğuna görə rəsmən üzr istəyib. Biz onun fransız həmkarını da həmin hərəkəti etməyə çağırırıq. Heç vaxt olmamaqdansa gec olması yaxşıdır. Əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edəcək”.

Rusiyanın “Kommersant” qəzeti, “News.ru”, “Voyennoe obozreniye”, “Novıye izvestiya”, “Regioni Rossii” nəşrləri, “Vestnik Kavkaza” agentliyi, “Mir” teleşirkəti və bir sıra digər mətbuat orqanları Prezident İlham Əliyevin görüşdəki çıxışı zamanı Fransanın neokolonializm siyasətini tənqid etdiyini bildiriblər. Qeyd olunub ki, Azərbaycan Prezidenti Fransanı erməni separatizmini dəstəkləməkdə təqsirləndirib, eyni zamanda, Fransada irqçilik meyillərinin, milli azlıqlara qarşı təzyiqlərin artdığını deyib.

Azərbaycan liderinin BMT Təhlükəsizlik Şurası ilə əlaqədar söylədikləri də Rusiya KİV-lərində yer alıb. Oxucuların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatına sədrlik edən ölkələrin də BMT Təhlükəsizlik Şurasında təmsil olunması təklifini irəli sürüb. Həmçinin Azərbaycanın dövlət başçısının Ermənistandan silahlı dəstələrini Qarabağdan çıxarmasını tələb etdiyi vurğulanıb.

Gürcüstanın “Kavkasia.net” portalında rus dilində yayımlanan materialda Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanı bütün qoşunlarını Qarabağdan çıxarmağa çağırdığı yazılır. Azərbaycanın dövlət başçısının çıxışına istinadla yayılan məlumatda deyilir: “Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa məcbur edilsə də, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları var. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhün əldə olunmasında maraqlıdırsa, o zaman onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsini tamamilə tərk etməlidir. Yerdəki erməni hərbi və hərbiləşdirilmiş birləşmələri tərk-silah edilməlidir”.

Geniş oxucu kütləsinə malik olan “apsny.ge” portalında yayımlanan xəbərdə isə Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurası haqqında fikirləri yer alıb. Bildirilir ki, hazırda beynəlxalq təşkilatlar, xüsusən də BMT bəşəriyyətin ümidlərini doğrultmur. BMT istər-istəməz ciddi islahatlardan keçməlidir. BMT Təhlükəsizlik Şurası keçmişin yadigarıdır və indiki reallığı əks etdirmir.

“Gaxa.ge” portalında yayımlanan materialda da Azərbaycan Prezidentinin beynəlxalq təşkilatlar, xüsusən də BMT barədə söylədiyi fikirlər yer alıb. Həmin portalda yayımlanan digər materialda isə Prezident İlham Əliyevin Ermənistan və sülh sazişi ilə əlaqədar fikirlərindən bəhs olunur. Dövlətimizin başçısının fikirlərindən gətirilən sitatda deyilir: “Ermənistan həqiqətən də sülhün bərqərar olmasında maraqlıdırsa, o zaman onun silahlı qüvvələri Qarabağı tərk etməlidir. Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımalı olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları var. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhün əldə olunmasında maraqlıdırsa, o zaman onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxarılmalıdır. Ermənistanın hərbi və hərbiləşdirilmiş elementləri yerindəcə tərk-silah edilməlidir”.

Gürcüstanın “24news.ge” portalında yayımlanan məlumatda isə Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri yer alıb. Bildirilir ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olur. Materialda deyilir: "Ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir. Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəldik. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdir. Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törətmişdir. İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-i dağıdılıb, qalanlarından isə donuz və inəklər üçün tövlə kimi istifadə edilib ki, bu da bütün dünya müsəlmanlarına qarşı təhqirdir”.

“Qafqazturk.com” saytında gürcü dilində yayımlanan materialda oxuculara Azərbaycan Prezidentinin regiondakı və dünyadakı çağırışlar, eləcə də Azərbaycanın üzləşdiyi problemlər barədə məlumat çatdırılır.

Bildirilir ki, Azərbaycan indi sınaq qarşısındadır. Otuz il əvvəl Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizini işğal edib və həm Ermənistanda, həm də Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirib. Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra bir çox problemlərlə üzləşib.

Portalın yaydığı daha bir materialda isə oxuculara Zəngəzur dəhlizi ilə bağlı məlumat verilir. Bildirilir ki, Ermənistan, eyni zamanda, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəhlizin açılmasına mane olur ki, bu da təxminən üç il əvvəl imzaladığı kapitulyasiya aktına daxil olan digər öhdəlikdir.

Çinin “China.org” portalında yayımlanan “İranın xarici işlər naziri: Birtərəfli sanksiyalar açıq-aşkar “iqtisadi terrorizmdir” sərlövhəli məqalədə nazir Hüseyn Əmir Abdullahiyanın Azərbaycanın paytaxtı Bakıda keçirilən iclasda “birtərəfli və qeyri-qanuni” sanksiyaların açıq-aşkar “iqtisadi terrorizm” və hədəf alınan ölkələrin insan haqlarının açıq-aşkar pozulması olduğunu bildirdiyi diqqətə çatdırılıb. O, inkişafa nail olmağın hər bir xalqın haqqı olduğunu bildirib və Qoşulmama Hərəkatını dünyada maksimum inkişafın təşviqi üçün beynəlxalq səylərdə daha fəal rol oynamağa çağırıb.

İranın İRNA dövlət informasiya agentliyi, “Mehr” agentliyi, ingilis dilində dərc olunan “Tehran times” qəzeti və digər media qurumları Qoşulmama Hərəkatının Bakıda keçirilən tədbirini diqqətdə saxlayıblar.

“Tehran times” qəzeti yazır ki, tədbirdə İranın xarici işlər nazirinin iştirakı iki qonşu dövlətin münasibətlərinin də yaxınlaşmasına stimul verə bilər. Qəzetə müsahibə verən İran parlamentinin nümayəndəsi Əbülfəz Amoli bildirib ki, xarici işlər naziri Əmir Abdullahiyanın Bakı səfəri və oradakı görüşləri əlaqələrin bərpasında mühüm rol oynaya bilər. O qeyd edib ki, İran ilə Azərbaycan xalqları oxşar tarixə, dinə və adət-ənənələrə malikdir.

İranlı deputat Qoşulmama Hərəkatının Bakıda keçirilən tədbirini yüksək qiymətləndirib və deyib ki, bu görüş Azərbaycana öz diplomatiyasını təşviq etmək üçün imkan yaradıb.

İRNA xəbər agentliyinin saytında yayımlanan məqalədə qeyd edilib ki, İranın xarici işlər naziri iki ölkənin birgə beynəlxalq layihədə iştirakını xüsusi vurğulayıb. Nazir deyib ki, İran ilə Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında iştirak edir və beynəlxalq əhəmiyyətli bu layihə hər iki dövlətin iqtisadi inkişafına böyük töhfə verəcək.

“Mehr” xəbər agentliyi isə nazir Ə.Abudlahiyanın çıxışında səsləndirdiyi fikirlər və tədbirin yüksək səviyyədə təşkil olunması barədə informasiya dərc edib.

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşü barədə məlumatlar Əfqanıstanın “Bakhtar” xəbər agentliyi, Nikaraquanın “La Primerisima” radiosu və digər ölkələrin kütləvi informasiya vasitələri tərəfindən dərc olunub və yayımlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir