Dünya səyyahları Xankəndidə YENİLƏNİB FOTO VİDEO












Xankəndi, 24 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Dünyanın 30 ölkəsindən olan səyyahlar Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Xankəndi şəhərinə gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xarici səyyahlar Qarabağ Universitetində müəllim və tələbələrlə görüşüblər. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin rektoru Şahin Bayramov qonaqlara Xankəndi şəhəri və ali təhsil ocağı barədə məlumat verib. Bildirib ki, Qarabağ Universiteti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Qısa müddət ərzində universitetdə müasir tədris infrastrukturu yaradılıb, auditoriya və inzibati otaqlar müasir tələblərə cavab verən müvafiq avadanlıqlarla təchiz olunub.
Sonra "Sülhün ilk addımları" filmi nümayiş olunub, universitetin kitabxanasına eyniadlı kitab hədiyyə edilib. Xarici səyyahlar tələbələrin suallarını cavablandırıblar.
14:47
Dünya səyyahları Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Xankəndi şəhərinə gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda xarici səyyahlar Qarabağ Universiteti ilə tanış olurlar.
Qeyd edək ki, bu gün dünyanın 30 ölkəsini təmsil edən nüfuzlu beynəlxalq səyahətçilərin Qarabağa səfəri başlayıb. Qrupun rəhbəri dünyaşöhrətli səyyah, “NomadMania” klubunun təsisçisi Hari Mitsidisdir. Onlar 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcəklər. Bu səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.