Dünya Turizm Günündə Bakıda fotosərgi açılacaqdır
Bakı, 9 sentyabr (AZƏRTAC). Sentyabrın 27-də - Dünya Turizm Günündə “İnfotour.az” turizm xəbər portalının və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) birgə təşkilatçılığı ilə “Dünya turizm marşrutları” mövzusunda fotosərgi açılacaqdır.
AZƏRTAC xəbər verir ki, sərgidə turizm və otelçilik sahəsində çalışan insanların Azərbaycanın regionlarına və müxtəlif xarici ölkələrə səfərləri zamanı çəkdikləri eksklüziv fotoşəkillər nümayiş etdiriləcəkdir.
Sərgi “Fairmont Baku” otelində Dünya Turizm Günü münasibətilə təşkil ediləcək tədbir çərçivəsində baş tutacaqdır.
Fotosərginin mövzusu “Azərbaycan və dünya ölkələri turizm sektoru təmsilçilərinin gözü ilə” olacaqdır. Nümayiş olunacaq fotolar Mədəniyyət və Turizm Nazirliyi, AZTA, Azərbaycan Rəssamlar İttifaqı və “İnfotour.az” xəbər portalının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir. Fotosərgi müsabiqə şərtləri ilə keçiriləcəkdir. Üç ən yaxşı fotoşəklin müəllifi qiymətli hədiyyələrlə mükafatlandırılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]