Dünyadakı milyarderlərlə bağlı yeni hesabat açıqlanıb
Bakı, 25 mart, AZƏRTAC
Baş ofisi Londonda yerləşən “Henley & Partners” təşkilatı milyoner və milyarderlərlə bağlı yeni hesabat yayıb.
AZƏRTAC xəbər verir ki, siyahıya varidatı müvafiq olaraq 100 milyon dolları və 1 milyard dolları keçmiş şəxslər daxil edilib.
Sənədə görə ABŞ-da son 5 ildə milyonerlərin sayı 35% artaraq 9 850 nəfərə çatıb. Dünya üzrə milyonerlərin təxminən üçdə biri ABŞ-da yaşayır.
Siyahıda ikinci yerdə gələn Çindəki milyonerlərin sayı 2 352 nəfərdir. Bu ölkədə zəngin insanların sayı 5 ildə 17% artıb.
Bundan başqa, ABŞ-də 788, Çində isə 305 milyarder yaşayır. Ekspertlərin fikrincə, Çində pandemiya dövründə tətbiq edilmiş sərt məhdudiyyətlər milyoner və milyarderlərin sayının artmasına mane olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]