Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyanın aparıcı KİV-lərində Ermənistan paytaxtında Azərbaycan Bayrağının yandırılması ilə bağlı məqalələr yayımlanıb

Dünyanın aparıcı KİV-lərində Ermənistan paytaxtında Azərbaycan Bayrağının yandırılması ilə bağlı məqalələr yayımlanıb

Bakı, 16 aprel, Elvin Mövsümov, AZƏRTAC

Ermənistanın paytaxtı İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının turnirin təşkilatçılarından olan, rəsmi akkreditasiyadan keçmiş şəxs tərəfindən nümayişkaranə şəkildə yandırılması dünyanın bir sıra aparıcı KİV-lərinin diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, xarici mətbuatda yer alan xəbərlərdə bu çirkin hadisə idman dəyərlərinin bütövlüyünə və ədalətli oyunun universal prinsiplərinə hücum kimi dəyərləndirilib.

“Reuters” agentliyinin yaydığı “Azərbaycan Ermənistanda keçirilən ağır atletika çempionatında bayrağın “barbarcasına” yandırılmasına etiraz edib” sərlövhəli məqalədə bildirilib ki, Azərbaycan şənbə günü qonşu Ermənistanda ağır atletika çempionatının açılış mərasimi zamanı Dövlət Bayrağının yandırılmasına kəskin etirazını bildirib. Azərbaycan idmançılarının çempionatda iştirakının qeyri-mümkün olduğunu və onların artıq Gürcüstandan keçməklə Vətənə qayıtmaq üçün Ermənistanı tərk etdiklərini bəyan edib.

Video və foto görüntülərinin təqdim olunduğu xəbərdə Azərbaycanın Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin bu barədə birgə bəyanat yaydıqları qeyd edilib. Diqqətə çatdırılıb ki, bəyanatda bu hadisə “barbar hərəkət”, etnik nifrət və irqçiliyin sübutu kimi sərt şəkildə qınanıb.

Məqalədə iki ölkə arasında uzun illərdən bəri düşmənçilik münasibətlərinin davam etdiyi vurğulanıb, son bir həftə ərzində baş verən toqquşmalarda 7 nəfərin həlak olduğu qeyd edilib.

Böyük Britaniyanın “Inside The Games” idman nəşrində yayımlanan xəbərdə isə bildirilib ki, Azərbaycan açılış mərasimində Dövlət Bayrağının yandırıldığı “barbarcasına” insidentdən sonra ağır atletika komandasının Avropa çempionatını tərk etməsini qərara alıb. Məqalədə bu barədə bildirilib: “Ermənistanın paytaxtında komandaların paradı zamanı şounun modelyeri bayrağı gənc qadının əlindən alıb əvvəlcədən planlaşdırdığı və sosial şəbəkədə paylaşdığı hərəkətlə yandırıb. Televiziya şirkətində işləyən Aram Nikolyan polis tərəfindən saxlanılsa da, sonradan heç bir ittiham irəli sürülmədən sərbəst buraxılıb. O, ifadəsində “Mənim yeganə arzum Ermənistan Respublikasının paytaxtı İrəvanda Azərbaycan Bayrağının dalğalanmamasını təmin etmək idi. Mənim bunu etməməli olduğumu düşünənlər varsa, evlərində Azərbaycan bayrağını assınlar” deyib.

Yazıda bildirilib ki, Beynəlxalq Ağır Atletika Federasiyasının dünya çempionatına da ev sahibliyi etmək istəyən beş ölkədən biri olan Ermənistanda baş verən bu hadisə Avropa Ağır Atletika Federasiyası (EWF) tərəfindən də sərt şəkildə qınanıb. EWF yaydığı açıqlamada Aram Nikolyanın bayrağı yandırmasını idman dəyərlərinin bütövlüyünə və ədalətli oyunun universal prinsiplərinə hücum kimi qiymətləndirərək bu hadisəni qətiyyətlə pisləyib. Avropa Ağır Atletika Federasiyası bu hadisəyə dərhal reaksiya verib, Təşkilat Komitəsinə qəti mövqeyini bildirib və bu yarışın bütün iştirakçılarının təhlükəsizliyi üçün əlavə təminat tələb edib.

Xəbərdə vurğulanıb ki, EWF-in açıqlamasında qeyd olunub: “Azərbaycan nümayəndə heyətinin çempionatı tərk etməli olmasına təəssüflənirik, eyni zamanda, bu qərara hörmətlə yanaşırıq. Biz nümayəndə heyəti Ermənistanı tərk edənə qədər onun bütün təhlükəsizlik şəraitinin təmin edilməsində birbaşa iştirak etmişik”.

“Inside The Games” nəşrinin yaydığı məqalədə bildirilib ki, Beynəlxalq Ağır Atletika Federasiyası da bu hadisə ilə əlaqədar Avropa Ağır Atletika Federasiyasının mövqeyini dəstəkləyən bəyanat yayıb. Həmin bəyanatda bildirilib: “IWF İrəvanda EWF-in himayəsi altında keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının yandırılması ilə bağlı insidenti qətiyyətlə pisləyir və bundan təəssüflənir. Milli rəmzlərə hörmət idmanın əsas dəyəridir və bu prinsipə əməl olunmaması sərt qınaq obyektidir. İdmanı xalqlar arasında birliyin əsas elementi hesab edən IWF bu cür insidentin baş verməsinə heç vaxt dözməyəcək. IWF buna görə də EWF-in bu insidentlə bağlı müvafiq reaksiyasını tamamilə dəstəkləyir və təbii olaraq bütün dünyada ağır atletika yarışlarında idmançılara və nümayəndə heyətlərinə hörmət, ləyaqət və ədalətli oyunla yanaşılmasını gözləyir”.

Yazıda, həmçinin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin gərgin olmasına toxunulub, bu hadisə ilə əlaqədar Azərbaycanın aidiyyəti qurumlarının, o cümlədən Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin birgə bəyanat yaydığı bildirilib. Qeyd olunub ki, həmin bəyanatda beynəlxalq ictimaiyyətə və beynəlxalq idman qurumlarına bu iyrənc hərəkəti kəskin şəkildə pisləmək üçün çağırış edilib. Həmçinin Avropa Ağır Atletika Federasiyasına Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırış ünvanlanıb, bu hadisənin Ermənistanın beynəlxalq idman yarışlarını keçirə və idmançıların təhlükəsizliyini təmin edə bilmədiyini göstərdiyi bildirilib.

ABŞ-ın “Barrons” nəşrində yer alan xəbərdə ötən gün Ermənistanın paytaxtında keçirilən beynəlxalq ağırlıqqaldırma yarışında Azərbaycanın Dövlət Bayrağının yandırılması hadisəsindən sonra idmançılarımızın turnirdə iştirakdan imtina etdikləri bildirilib. Məqalədə bu hadisə ilə əlaqədar Azərbaycanın Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin yaydığı birgə bəyanatdan aşağıdakı ifadələr sitat gətirilib:

 

“Ermənistanda belə bir nifrət mühitinin hökm sürdüyü, təhlükəsizliyin təmin edilmədiyi bir şəraitdə psixoloji təzyiqlərə görə Azərbaycan idmançılarının yarışlarda normal şəkildə iştirakı mümkünsüzdür. Bütün bunlar nəzərə alınaraq, Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib”. Həmçinin Avropa Ağır Atletika Federasiyasından Ermənistana sanksiya tətbiq olunması barədə çağırış ünvanlandığı, idmanın siyasiləşdirilməsinin qətiyyən yolverilməz olmasının vurğulandığı qeyd edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda da insidentin qətiyyətlə pisləndiyi, təqsirkar şəxsin dərhal məsuliyyətə cəlb olunması barədə Ermənistana çağırış edildiyi bildirilib.

Birləşmiş Ştatların “usnews.com”, “msn.com”, “iscaninfo.com” saytlarında yer alan məqalələrdə də Azərbaycanın bu barbarlıq hadisəsinə sərt etirazını bildirdiyi və idmançılarımızın çempionatı tərk etdikləri qeyd olunub.

Ermənistan paytaxtında baş verən bu iyrənc hadisə ilə bağlı xəbərlər Fransa KİV-lərində də əksini tapıb. Fransanın “France24”, BFM, “La Depeche”, “France Live”, “Ouest-France”, “Orange Sport” və digər KİV-lərində yer alan xəbərlərdə İrəvanda Avropa çempionatının açılış mərasimində Azərbaycanın Dövlət Bayrağının yandırılması anının görüntüləri təqdim olunub. Məqalələrdə bayrağın yandırılmasına etiraz əlaməti olaraq Azərbaycan idmançılarının turniri tərk etdikləri bildirilib. Həmçinin vurğulanıb ki, Azərbaycan Bayrağını yandıran şəxs polis tərəfindən saxlanılsa da, qısa müddət sonra sərbəst buraxılıb.

 

Azərbaycan Bayrağının Ermənistan paytaxtında yandırılması hadisəsi barədə xəbər Kanadanın “National Post” qəzetində də yer alıb. Qəzetdə yayımlanan xəbərdə Azərbaycanın şənbə günü qonşu Ermənistanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Dövlət Bayrağının götürülərək yandırılmasından sonra kəskin etirazını bildirdiyi qeyd olunub. Eləcə də Azərbaycanın idmançılarının çempionatda iştirakının qeyri-mümkün olduğunu bəyan etməsi, onların Gürcüstandan keçərək Vətənə qayıtmaq üçün Ermənistanı tərk etdikləri bildirilib. Xəbərdə Azərbaycanın Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin hadisə ilə bağlı birgə bəyanat yayaraq, Dövlət Bayrağının yandırılmasına sərt etirazlarını bildirdiyi qeyd olunub.

Almaniyanın “Deutsche Welle” televiziyasının yaydığı xəbərdə bildirilib ki, Azərbaycan Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən açılış mərasimində bayrağının yandırılmasından sonra milli komandasının İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirakını dayandırıb. Xəbərdə bayrağın yandırılmasının bu həftə yeni toqquşmalar nəticəsində münasibətlərin gərginləşdiyi dövrə təsadüf etdiyi vurğulanıb. Azərbaycanın Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin yaydığı birgə məlumatda bayrağın yandırılmasının idmanın nəcib məqsədinin prinsiplərinə tamamilə zidd olan “barbar hərəkət” kimi qiymətləndirildiyi, beynəlxalq ictimaiyyətə və idman təşkilatlarına bu vəhşi hərəkəti kəskin şəkildə pisləmək üçün çağırış ünvanlandığı qeyd olunub.

Məqalədə vurğulanıb ki, erməni mediası Azərbaycan bayrağını yandıran şəxsin açılış mərasimində akkreditə olunmuş dizayner Aram Nikolyan olduğunu bildirilib. O, səhnəyə çıxaraq bayrağı qızın əlindən alaraq yandırıb.

Türkiyənin “TRT Haber”, “Takvim”, “HaberGlobal”, “Sondakika”, “Hürriyet”, “Milliyet”, “Sabah”, “Türkiye” və digər KİV-lərində də yayılan xəbərlər “Avropa Ağır Atletika Federasiyasında skandal: Azərbaycan Bayrağına çirkin hücum” sərlövhəsi ilə yayımlanıb. Xəbərlərdə vurğulanıb ki, Azərbaycanın torpaqlarını işğalçı Ermənistandan azad etməsindən sonra iki ölkə arasındakı münasibətlərin normallaşdırılması istiqamətində addımlar atmağa başlayarkən Ermənistanda keçirilən Avropa Çempionatının açılışında bir nəfər Azərbaycan Bayrağına qarşı çirkin hücum gerçəkləşdirdi.

Rusiyanın TASS, “İnterfaks”, “İzvestiya”, “Qazeta”, “Regnum”, “Komsomolskaya Pravda”, 360, “Rossiyskaya Qazeta”, RBK, “News.ru”, “Lenta”, “Kommersant”, “Arqumentı i Faktı”, ROSBALT”, “Vzqlyad”, “Vestnik Kavkaza”, “Kavkazskiy Uzel” və digər KİV-lərində yayımlanan xəbərlərdə də Azərbaycan Bayrağının yandırılmasını əks etdirən görüntülər təqdim olunub, bu hadisədən sonra Azərbaycan idmançılarının Avropa Çempionatında iştirakı dayandıraraq, Vətənə qayıtdıqları bildirilib. Məqalələrdə bu hadisənin Azərbaycanın ictimaiyyətində hiddətlə qarşılandığı, Azərbaycanın Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin yaydığı birgə bəyanatda idmanın siyasiləşdirilməsinin yolverilməzliyinin qeyd olunduğu bildirilib. Həmçinin qeyd edilib ki, Azərbaycan Xarici İşlər Nazirliyi hadisəyə dərhal münasibət bildirərək, Dövlət Bayrağının yandırılmasını pisləyib, bu cür nifrət aksiyasına qarşı təşkilatçılar tərəfindən heç bir təhlükəsizlik tədbirinin görülməməsinin narahatedici olduğunu və təqsirkarların cəzalandırılmasının vacibliyini bəyan edib.

“Vestnik Kavkaza” qəzetində yer alan xəbərdə İrəvandakı hadisə ilə 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunları zamanı erməni idmançının mükafatlandırılması mərasimi arasında müqayisə aparılıb. Bildirilib ki, Bakıda erməni idmançı Gevorq Manukyana mükafatı Azərbaycan Prezidenti İlham Əliyev şəxsən təqdim edib. Mükafatlandırma zamanı azərbaycanlı azarkeşlər erməni idmançını fitə basmağa çalışsalar da, Prezident İlham Əliyevin işarəsi ilə zalda dərhal sakitlik hökm sürüb və Azərbaycan Prezidenti bu anlayışa görə azarkeşlərə minnətdarlıq edib.

Qeyd edək ki, bu çirkin hadisə erməni ictimaiyyətində də birmənalı qarşılanmayıb. Əksər sakinlər heç bir ittiham irəli sürülmədən buraxılan Aram Nikolyanı “qəhrəman” kimi qarşıladıqları halda, bəzi şəxslər onun bu iyrənc hərəkətindən utandıqlarını qeyd ediblər. Rusiyanın “gazeta.ru” və “news.ru” saytlarında yer alan xəbərlərdə qeyd olunub ki, Ermənistan parlamentinin deputatı Ovik Ağazaryan sosial şəbəkələrdəki paylaşımında bu hadisədən çox utandığını və beynəlxalq ictimaiyyətdən üzr istədiyini bildirib: “Mən bir vətəndaş və parlamentari kimi xalqımdakı vəhşi və adamyeyən tayfaların təzahürlərini tamamilə aradan qaldırmaq üçün mümkün olan hər şeyi etmədiyimə görə bütün beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm. Mən utanıram”.

“Kavkazskiy Uzel” qəzetinin yaydığı məlumatda qeyd olunub ki, Ermənistanın Avropa Partiyasının lideri Tiqran Xzmalyan da hadisə ilə bağlı paylaşım edərək Aram Nikolyanın əməlini pisləyib. O, feysbukdakı səhifəsində bu barədə bildirib: “Bu, ağır siyasi nəticələri olan antidövlət təxribatıdır. Bayrağın yandırılması qələbə deyil, zəiflik əlamətidir”. Məqalədə vəkil Ara Qazaryanın “Aram Nikolyan yəqin ki, özünü əsl qəhrəman kimi hiss edir. Lakin bununla o, yüzlərlə insanın uzun illər ardıcıl əməyinə böyük ziyan vurub. Ümid edirəm ki, o, nə vaxtsa bunu dərk edəcək” ifadələri də oxucuların diqqətinə çatdırılıb.

Rusiyanın “Vzqlyad” nəşrində yer alan yazıda qeyd olunub ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına turnirin açılış mərasimində Azərbaycan Bayrağını yandıran stilistik studiyanın rəhbəri Aram Nikolyanı işdən çıxarmağı tapşırıb.

“Bnn.network” portalında yer alan xəbərdə Ermənistanda Azərbaycana qarşı etnik zəmində nifrət və düşmənçiliyin təcəssümü olan həmin faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işinin başlandığı qeyd olunub. Bildirilib ki, Baş Prokurorluq milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş bu cinayət əməlini törədən Aram Nikolyanın və digərlərinin milli və beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilmələri məqsədilə xarici ölkələrin müvafiq orqanlarına müraciətlərin göndəriləcəyini və onların cəzalandırılmaları üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq ediləcəyini açıqlayıb.

Qeyd edək ki, Avropa çempionatı kimi mötəbər bir yarışın açılış mərasimində iştirakçı ölkələrdən birinin - Azərbaycan Respublikasının Dövlət Bayrağının yandırılması barədə xəbərlər Xorvatiyanın “24sata.hr”, Ukraynanın “tsn.ua”, “sport.nb.ua”, “sport.unian.ua”, “champion.com.ua”, “news.obozrevatel.com”, “telegraf.com.ua”, “antikor.com.ua”, Gürcüstanın “Sportall.ge”, İranın “Etemad Online”, “Mehr”, “Mashreg News”, “Fars News”, Hindistanın “The Hindu”, Qətərin “Əl Cəzirə” və digər ölkələrin KİV-lərində də məqalələr dərc olunub.

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb