Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyanın məşhur sənaye istehsalçısı Azərbaycan bazarına daxil olacaq - MÜSAHİBƏ

Bakı, 25 mart, AZƏRTAC

Almaniyanın dünya şöhrətli polad məmulatlarının istehsalçısı olan “Wilhelm Geldbach GmbH” Azərbaycanda fəaliyyət göstərməyə hazırlaşır. Martın əvvəlində şirkətin nümayəndə heyəti Bakıda səfərdə olaraq yerli bazar, buradakı şərait və imkanlarla tanış olub, çoxsaylı görüşlər keçiriblər.

Almaniyanın ən qədim, məşhur sənaye müəssisələrindən və polad məmulatlarının istehsalçısı olan «Wilhelm Geldbach GmbH» şirkətinin tarixi 1903-cü ildə polad məmulatları üzrə mütəxəssis Vilhelm Qeldbaxdan başlayır. Şirkətin polad məmulatlar istehsal edən ilk zavodunda sənayedə istifadə edilən borular, boru dirsəkləri, fittinqlər və sair buraxılırdı. Sonradan çoxsaylı texnoloji yeniliklərin və ixtiraların tətbiqi ilə şirkətin istehsal etdiyi məhsulların çeşidi artıb. Hazırda yüksək keyfiyyətli məhsulları və biznes fəaliyyəti nəticəsində «Wilhelm Geldbach GmbH» dünyanın ən tanınmış sənaye ehtiyacları üçün polad məmulatları istehsalçılarından biridir. Hazırda 117 illik tarixə malik olan şirkət indiyədək artıq 4-cü nəsildir ki, Qeldbaxlar ailəsi tərəfindən idarə edilir. Ailənin ayrı-ayrı üzvləri müxtəlif vaxtlarda polad məmulatları sahəsində elmi işləri və ixtiraları ilə tanınırlar. «Wilhelm Geldbach GmbH» dünyanın ən məşhur neft-qaz və kimya sənayesi şirkətlərini polad məmulatlarla - flans və fitinqlərlə təmin edir.

Şirkətin poladdan hazırlanan boru birləşirdici məhsulları - flans və fitinqləri neft hasilatı, qazma geoloji kəşfiyyat qurğularında, sənaye müəssisələri, neft kimya zavodlarında istifadə edilir.

Məlumat üçün bildirək ki, fitinqlər - boruların fərqli diametrə keçməsi, istiqamətini dəyişməsi, şaxələnməsi üçün istifadə edilir. Flanslar (almancadan Flansch) - boruların bir birinə və digər detallara birləşdirilməsində istifadə edilir. Bu detallar müasir sənaye müəssisələri və boru kəmərlərinin ayrılmaz hissəsidir, onlarsız belə sahələrin işini təsəvvür etmək mümkün deyil.

Şirkətin nümayəndə heyətinin rəhbəri, «Geldbach Group»un Qafqaz və Orta Asiya regionu üzrə səlahiyyətli nümayəndəsi Erkan Aksu AZƏRTAC-a müsahibəsində şirkət haqqında, onun məhsulları və Azərbaycanla bağlı planları barədə məlumat verib.

- 117 illik tarixi olan «Wilhelm Geldbach» şirkəti «Geldbach Group»a daxildir. Hazırda şirkətimizin rəhbəri Almaniyanın ən tanınmış biznes ledilərindən biridir və həyat yoldaşı mərhum Manfred Geldbax vəfat etdikdən sonra şirkətə başçılıq edir.

Şirkətimiz flans və fitinqlər istehsal edir. Bunlar boru bağlantılarıdır. Sənaye, neft-qaz qurğuları və şirkətlərində istifadə edilir. Məhsullarımız Çində alman standartları ilə istehsal edilir. Bundan başqa, Braziliya və Almaniyada da bizim fabriklərimiz var. Yəni, qısa müddətdə böyük miqdarda istehsal edə biləcək gücə sahibik.

Şirkətimiz dünyanın hər yerində - Braziliya, Sinqapur, Dubay, İspaniya, Almaniya və İtaliyada fəaliyyət göstərir, illik istehsal gücümüzün dəyəri 300 milyon avrodan yüksəkdir. Dünyanın müxtəlif bölgələrində çalışan 1200-dən artıq işçimiz var.

- Erkan bəy, «Geldbach Group»un məhsulları hansı sahələrdə istifadə edilir?

- Gördüyümüz işin, məhsullarımızın əhəmiyyətini sizə izah edim. Kilometrlərlə uzunluğu olan borular təsəvvür edin, - qaz, neft və sair fərqi yoxdur, - belə borular Azərbaycanda da var, bunların içərisində çox böyük təzyiqlər olur. Tutaq ki, bu borunun bir nöqtəsində zədələnmə baş verib, boru partlayıb və sair. Ənənəvi yolla olduqda, bu boru tamamilə dəyişdirilməlidir.

Amma bizim istehsal etdiyimiz ara bağlantıları imkan verir ki, bütün boru deyil, onun yalnız zədələnmiş hissəsi əvəz edilsin. Nəticədə həm bərpa xərcləri, həm də qəzanın aradan qaldırılmasına sərf edilən müddət yüz dəfələrlə azalır. Yəni, problemi anındaca həll etmək imkanımız var.

- Bu proses necə baş verir?

- Neft-qaz kəmərləri milyonlarla metr uzunluqda olur. Yəni, hadisə baş verərkən onların böyük hissəsinin dəyişdirilməsi tələb olunur. Biz isə qurğular vasitəsilə bu boruları addım-addım qısaldıb, tələb olunanda dəyişdirmək şansı yaradırıq. Yəni, kəmər çəkilərkən, bu qurğular 30 metr, 50-100-150 metrdən bir yerləşdirilir, bu məsafə borudan, boru ilə hansı məhsulun daşınmasından və sair asılıdır. Bu qurğular əvvəlcədən boruya yerləşdirilir və hər hansı zədə baş verəndə borunun məhz bu yerdəki hissəsi çıxarılır, yenisi ilə əvəz edilir.

İlk baxışdan sadə proses kimi görünə bilər, amma təsəvvür edin ki, bu hadisə çox mühüm sahə sayılan neft sektorunda, hər hansı neft kəmərində baş verib. Burada vaxt itkisi böyük məsrəflərə səbəb olur. Borunun dayanması zaman hər saniyədə minlərlə dollar itirilir. Bizim məhsullar isə qəzanın tez və mümkün qədər itkisiz aradan qaldırılmasına imkan verir. Etiraf edək ki, 20-30 metrlik borunu itirmək 100 milyon dollar itirməkdən daha yaxşıdır.

Bu qurğuların nə qədər əhəmiyyətli olduğunu göstərmək üçün onu qeyd etmək kifayətdir ki, «Saudi Aramco»nun bircə borusunun partlaması nəticəsində şirkətin əsas zavodu işini dayandırmalı olmuşdu və şirkət bir gecəyə 500 milyard dollar itirdi.

- Məhsulların çeşidi və istifadə edilən materiallar hansılardır?

- Doğrudan da, bizim özəlliyimiz təkcə məhsulu operativ çatdırmaq deyil, həm də yüksək keyfiyyətdir. Dediyim kimi, şirkətimiz flans və fitinqlər istehsal edir. Bunlar boru bağlantılarıdır, sənaye, neft-qaz qurğuları və şirkətlərində istifadə edilir. Biz «Carbon steel», «Stainless steel», «Allou steel», «Low-temp steel», «Duplex steel», tələb olunarsa isə alüminiumdan məhsullar istehsal edirik.

Bizimlə çalışacaq və məhsullarımızı istifadə edəcək insanlara məlumat üçün bildirmək istəyirik ki, ən kiçik, həm də çox böyük ölçülü məhsullar istehsal edirik. Yəni flanslarda 0,5 düymdən tutmuş 96 düymədək, fitinqlərdə isə 0,5-72 düymlük məhsullar buraxırıq.

- Əsas məsələ, məhsullarınızın keyfiyyəti hansı səviyyədədir. Fabrikinizin Çində olması keyfiyyətə necə təsir edir?

- «Geldbach Group»un məhsullarının keyfiyyəti və standartı barədə danışmaq artıqdır, bu sahədə çalışan istənilən şirkət «Geldbach» keyfiyyətindən xəbərdardır. Standartlarımız, yüksək adımız brenddir və bu sahədə bir dünya markasıyıq.

Şirkətimizin məhsulları spesifikdir, xüsusi sahələrdə, dediyim kimi, neft-qaz, kimya və digər oxşar layihələrdə istifadə edilir. Ona görə də çoxları bu barədə məlumatsız ola bilər. Amma sadə olması üçün bir misal çəkim. Gözünüzün qarşısına, alman məhsullarını, məsələn, “Mercedes” və ya BMW-ni gətirə bilərsiniz. Bu brendlər avtomobil sektorunda nə qədər keyfiyyətli və etibarlıdırsa, bizim «Geldbach» məhsulları da öz sektorumuzda o qədər çəkiyə və keyfiyyətə malikdir. Məhsulumuzun keyfiyyətinə görə, heç bir şirkətin bizimlə rəqabət aparmaq imkanı yoxdur.

- Erkan bəy, dünyada bu məhsullarla bağlı çoxsaylı standartlar var. Sizin məhsullarınız hansı standartlar əsasında istehsal edilir?

- Doğrudan da, hazırda dünyada standartlar çoxdur və onlar arasında ASME, EN, JİS, BS, AS, GOST və sairləri var. Biz bunların hamısına uyğun məhsul istehsal edə bilirik. Bəzi standartlar daha çox, bəziləri az istifadə edilir. Məsələn, ən çox ASME standartı istifadə edilir, «Britiş Standart» (BS) isə köhnədir və çox da geniş istifadə edilmir.

Biz bunlar da daxil olmaqla, dünyada mövcud olan standartların hamısına uyğun məhsul buraxırıq. Hətta çertyojlar əsasında, standartdan kənar olaraq da məhsul istehsal edə bilərik - yəni, özəl flans və özəl fitinqlər ola bilir. Bu çertyojları həm özümüz hazırlaya, həm də müştərilər tərəfindən verilən layihələr əsasında məhsul buraxa bilərik.

- «Geldbach Group»ın alıcıları, məhsullarınızın istifadəçiləri kimlərdir?

- «Geldbach Group» dünyanın demək olar ki, bütün aparıcı neft-qaz şirkətləri ilə əməkdaşlıq edir, qrupun məhsulları dünyanın əsas neft-qaz layihələrində istifadə olunur. Bunların arasında «Saudi Aramco», «Exxon Mobile», «Total» kimi nəhəng şirkətlər var. Bu şirkətlər həyata keçirdiyi layihələrə bizi xüsusi dəvət edirlər.

Biz dünyada gəmi istehsalı, neft və qaz hasilatı, neft-qaz kəmərləri sahəsində çalışan, su, qaz sahələrində, sadə desək, yüksək təzyiqli borularla əlaqəsi olan istənilən sahədə əməkdaşlıq edirik. Harada yüksək keyfiyyətli və yüksək təzyiqə davamlı boru istifadə edilirsə, biz oradayıq. Hər sahəyə uyğun spesifikasiyalı borularla işləyirik.

- Qeyd etdiyiniz kimi, bu sahədə məhsulların keyfiyyəti ilə yanaşı, onun vaxtında çatdırılması da mühüm rol oynayır. Bu sahədə «Geldbach Group»un imkanları necədir?

- Biz həm məhsulun istehsalında, həm də çatdırılmada alman intizamı ilə çalışırıq, bu sadəcə gəlişi gözəl söz deyil. Bizim işimizdə, hazırladığımız məhsulların istifadə edildiyi sahələrdə vaxt məsələsi çox vacibdir. Elə məhsullarla çalışırıq ki, bəzən ondan bütöv bir layihənin taleyi və qrafiki asılı olur. Ona görə də məhsularımızı vaxtında çatdırmaq üçün geniş imkanlara malikik.

Sizə neft kəmərindəki qəza ilə bağlı misal çəkdim. Bax belə hallarda məhsullarımızı ölkəyə sürətlə, tələb olunarsa, hətta təyyarə ilə də çatdırıla bilərik.

Bizim fabriklər özümüzə aid olduğu üçün artıq məhsullarımız həmişə var və bunlar anbarlarda hazırdır. Dünyanın bütün yerlərində 30-a yaxın böyük anbarımız var. Bunlar Dubay, Braziliya, Almaniya, Çin, Sinqapur və sair ölkələrdədir. Yəni dünyada elə bir yer yoxdur ki, məhsullarımızı ora operativ çatdırmaq mümkün olmasın. Məsələn, Azərbaycan üçün ən yaxın anbar Dubaydadır, oradan məhsulları bir neçə saata çatdırmaq imkanımız var.

- İndi dünyada koronavirus kimi problem yaşanır, məhsul istehsalı azalır, onun çatdırılması ləngiyir və sair. Bu, sizin işinizə təsir edirmi?

- Bizim şirkətin dünyanın hər yerində anbarları olduğu üçün bu proses bizim işimizə, malların çatdırılmasına mane olmur. Təbii ki, “virus işimizə heç bir təsir göstərməyib” demək düz olmaz, bütün dünyada təsirini göstərir. Ola bilər ki, Çin dövləti ölkədən çıxan malları daha çox yoxlaya bilər, amma çatdırma ilə bağlı problem yoxdur, bütün dünyada mallarımız olduğu üçün bu proses bizim işə mane olmur.

- Hazırda «Geldbach Group» nə qədər ölkəyə məhsul satır?

- Açığı elə bir ölkə yoxdur ki, bizim məhsullarımız istifadə edilməsin. Embarqo səbəbindən İranı çıxmaq şərtilə, Hindistan və Çindən tutmuş, Afrika və Misirə qədər (Misirdə böyük anbarımız da var), Bankonq və Tailandda, Avstraliyada iş görürük. Avropanın özündə, təbii ki, Almaniya, Hollandiya, İspaniya, İtaliya, Polşa, Türkiyə, bir sözlə, demək olar, bütün Avropa Birliyi ölkələrində işləyirik. Bu ölkələrdə gördüyümüz işlər bizim məhsulların keyfiyyətinin hansı səviyyədə olduğunu təsdiqləyir. İndi isə Azərbaycan bazarına daxil olmağı qərara almışıq və burada fəaliyyətə başlamağa hazırlaşırıq.

- Erkan bəy, necə oldu ki, «Geldbach Group» Azərbaycana gəlmək barədə qərar verdi?

- Birincisi, iri şirkət olaraq dünyada bütün potensial bazarları araşdırırıq. Son vaxtlar Azərbaycan xüsusilə diqqətimizi cəlb edib. Çünki əvvəla, biz Almaniya vətəndaşı olsaq da, türkük və Azərbaycan bizim üçün Türkiyə qədər doğmadır, ölkənizin uğurlarını, iqtisadi vəziyyətini də daim izləyirəm.

İkincisi, Azərbaycan Prezidenti İlham Əliyev xarici şirkətlərə, iş adamlarına və investorlara Azərbaycana investisiya yatırmaq barədə çağırış edib. Bu çağırışa qoşulmaq istədik, “Bu ölkənin inkişafına niyə bizim də bir töhfəmiz olmasın?” deyə düşündük. Həm də araşdırdıq və öyrəndik ki, ölkənizdə bizim məhsullar üçün böyük bir bazar var və bu bazarın içərisində olmaq istədik. Öz keyfiyyətimizə və ustalığımıza güvənərək burada böyük işlər görə biləcəyimizi düşündük.

- Azərbaycanla bağlı planlarınız necədir?

- Azərbaycan çox qədimdən neft ölkəsidir, burada indi də dünyanın iri şirkətləri ilə böyük neft layihələri reallaşdırılır. Eləcə də, dövlət şirkəti olan SOCAR özü də ölkədə iri layihələr həyata keçirir. Bizim məqsədimiz gələcəkdə bu layihələrdə iştirak etmək, tələb olunarsa, Azərbaycanda iri regional anbarımızı yaratmaq və əgər işlər qaydasında gedərsə, gələcəkdə burada istehsal qurmaq niyyətindəyik.

- Bakıya səfər zamanı burada hansı görüşləri keçirmisiniz?

- İndiki səfərimizin məqsədi bazarı araşdırmaq, çalışa biləcəyimiz sahələri və tərəfdaşlarımızı müəyyən etməkdir. Burada çoxsaylı görüşlər keçirmişik, şirkət və fabrik-zavod rəhbərləri ilə görüşmüşük. Azərbaycanla bağlı planlarımıza pozitiv baxırıq, xüsusilə də, Bakı ilə bağlı fikirlərimiz çox müsbətdir. Azərbaycana daxil olmağımız müəyyən müddət davam edəcək. Azərbaycan ümumiyyətlə inkişaf etməkdə olan ölkədir, üstəlik, limanın da olması, ölkəyə və burada iş qurmaq istəyən iş adamları üçün əlavə üstünlükdür.

Biz Azərbaycanda işə başlamaqla buradan digər türk respublikalarına da keçməyi düşünürük. Necə deyirlər, bura bizim üçün mərkəz olacaq və burada olmaqla digər ölkələrin neft layihələrinə də qatılmaq niyyətindəyik. Çünki şirkətimiz, şirkətin rəhbərliyi də burada işləmək barədə qərar verib.

Digər tərəfdən «Geldbach Qroup»un Azərbaycanda fəaliyyətə başlaması ölkəniz üçün də olduqca müsbət bir yenilikdir. Azərbaycana gəlməyimizlə bu sahəyə də bir standart gətirmiş oluruq. Yəni, bizim kimi keyfiyyətli və tanınmış məhsul istehsalçıları buraya gəlir və ölkədə işləyəcək. Söhbət təkcə ticarətdən deyil, həm də istehsal sahəsi yaratmaqdan gedir.

- Erkan bəy, təmsil etdiyiniz «Geldbach Qroup» bir ailə şirkətidir. 117 ildir bir ailə tərəfindən idarə olunur. Bu qədər uzun ömürlülük nəyin hesabınadır? Şirkət, bu ailə, buna necə nail olub?

- Çox mühüm məsələni qeyd etdiniz. Baxın, 117 il inkişaf etmək, ailə şirkəti olaraq qalmaq və bütün dünyada tanınmaq və sair - Avropada yüksək keyfiyyət olmadan bunu etmək mümkün deyil.

Mən bayaq «Saudi Aramco» və «Exxon» haqqında danışdım, bu şirkətlər öz layihələrinə bizi xüsusi bir hüquqla cəlb edirlər və bizim keyfiyyətlə çalışmaq istəyirlər. Yəni, bütün bunlar işə ciddi yanaşmaq və məhsulun keyfiyyəti hesabına baş verir. Əlbəttə, kommersiya qurumlarının məqsədi ilk növbədə gəlir əldə etməkdir, amma «Geldbach Qroup» üçün keyfiyyət ön yerdədir. Bircə keyfiyyətsiz məhsul - şirkətin bütün reputasiyasını korlaya bilər. Ona görə də bizim şirkət alman səliqəsi, keyfiyyəti və intizamı ilə çalışır. Sadəcə bir məsələni qeyd edim ki, Avropa Birliyinin çox sərt standartları var, bu məkanda iş görərək məhsul istehsal etmək asan deyil. Amma bizim üçün belə problem yoxdur. Standartlarımızı yüksək tutduğumuz üçün və keyfiyyətimiz sayəsində dünyanın bütün ərazilərində işləmək bizim üçün rahatdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub