Düşənbədə MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 24-cü iclası keçirilib
Düşənbə, 27 sentyabr (AZƏRTAC). Tacikistan Baş Prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumata görə, Düşənbədə Müstəqil Dövlətlər Birliyi Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 24-cü iclası keçirilib. Tacikistanın baş prokuroru Şerxon Salimzodanın sədrliyi ilə keçən iclasda MDB ölkələrində prokurorluq orqanları sahəsində əməkdaşlıq proqramının yerinə yetirilməsi, baş prokurorların iş təcrübəsinin öyrənilməsi, istintaq məsələləri, narkomanlığın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər müzakirə edilib.
Şuranın iclasında 2014-2018-ci illərdə insan alveri ilə mübarizə sahəsində atılacaq addımlar, terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, həmçinin korrupsiya ilə mübarizə, insanların hüquqlarının qorunması, cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq müqavilələrin yerinə yetirilməsi məsələlərinə də diqqət yetirilib.
Ümumilikdə Şuranın iclasında 14 məsələyə baxılıb.
Şuranın növbəti iclasının gələn il Qazaxıstanda keçirilməsi barədə qərar qəbul edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]