İQTİSADİYYAT
Düşmən növbəti təxribatını “Facebook Messenger”lə həyata keçirir
Bakı, 8 oktyabr, AZƏRTAC
Ermənistan bu dəfə “Facebook Messenger” üzərindən təxribatlarını davam etdirir. Belə ki, guya türkiyəli əsgərlərin Qarabağ müharibəsində Azərbaycan tərəfində vuruşduğunu təsdiqləmək məqsədilə ölkəmizdən olan istifadəçilərə “Messenger” vasitəsilə türk dilində səs yazıları göndərilir, eləcə də videozənglər edilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu zəngləri edən şəxslər özlərini Türkiyə vətəndaşı kimi qələmə verir və qarşı tərəfdən informasiya əldə etməyə çalışırlar.
Nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan xahiş edir ki, hazırkı dövrdə tanımadıqları şəxslərdən gələn mesaj və zənglərə cavab verməsinlər. Məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar.
Həmçinin hər hansı kiberinsidentlə üzləşdiyinizdə və ya metodiki dəstəyə ehtiyacınız olduqda “www.cert.az” saytı və ya “[email protected]” elektron poçtu vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin.
Xidmət vətəndaşlardan baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (“screenshot!) və digər elektron sübutları saxlayıb, onlara göndərmələrini xahiş edir.